Uber

UberDünyanın ən böyük onlayn taksi sifarişi xidməti.[3] "Uber" mobil telefondakı proqram vasitəsilə fərdi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən avtomobil daşımaları arasında populyar online-servisdir. Əsası 2009-cu ildə sahibkarlar Trevis KalanikHarret Kemp tərəfindən qoyulan və mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən kompaniya hazırda dünyanın təxminən 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir.

Uber
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi özəl şirkət[d], ictimai şirkət
Sənaye informasiya texnologiyaları
Təsis tarixi mart 2009
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 31.877.000.000 $ (2022)[1]
Xalis mənfəəti
  • −9.141.000.000 $ (2022)[1]
Əməliyyat mənfəəti
  • −1.832.000.000 $ (2022)[1]
Struktur
İşçi sayı
  • 12.000 nəf. (dekabr 2017)[2]
uber.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ildə Silikon vadisində ən çox investisiya alan şirkət olmuşdu.[4] 1.2 milyard dollarlıq yatırım ilə şirkətin ümumi dəyəri 40 milyard dolları keçmişdi.[4]

"Uber Air" adlı servis yaxın illərdə Amerikanın Texas ştatının Dallas və Kaliforniya ştatının Los-Anceles şəhərlərində fəaliyyətə başlayacaq. Hava taksisi vertikal uçuş və eniş sisteminə malik nəqliyyat vasitəsidir və havaya pərlər vasitəsilə qalxacaq. Avstraliyanın Melburn şəhərində "Uber Air" servisi vasitəsilə kommersiya daşımaları 2023-cü ildə nəzərdə tutulub. İlk eksperimental uçuşlar isə artıq 2020-ci ildən test rejimində həyata keçirilə bilər.[5]

Elektrik velosipedi

[redaktə | mənbəni redaktə et]

2019-cu ildə "Uber" şirkətinin Lissabon küçələrində 750 ədəd "Jump" elektrik velosipedi var idi. Həmin il iyunun 1-dən şəhərə daha 1000 ədəd belə velosiped gətirilib. Beləliklə, velosipedlərin kirayəsi üzrə xidmət bütün şəhəri əhatə edəcək. Lissabon saatda 25 kilometr sürətlə hərəkət edən bu markalı elektrik velosipedlərini alan ilk Avropa şəhəri olub. Velosipedlər təkcə pedalla deyil, mühərriklə də təchiz olunub.[6]

  1. 1 2 3 10-K forması. 2023.
  2. Uber fires 20 staff after harassment investigation (ing.). BBC News, 2017.
  3. ""Uber" qadınlar üçün 1 milyon iş yeri açacaq". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.
  4. 1 2 ""Uber" Azərbaycana açılır (?)". 2015-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-04.
  5. ""Uber" 2023-cü ildə Melburnda hava taksisini istifadəyə verəcək". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  6. "Lissabon "Uber" elektrik velosipedlərini alan ilk Avropa şəhəri olub". 2019-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]