Rafiq İsmayıl oğlu İsmayılov, Rafiq İsmayıl və ya Rafiq bəy İsmayıl (1939, Musaköy, Qazax rayonu – 5 oktyabr 2017) — Azərbaycan Respublikasının humanitar məsələlər üzrə dövlət müşaviri, professor, tarix elmləri doktoru.
Rafiq İsmayıl | |
---|---|
15 iyun 1992 – 28 iyun 1992 | |
Əvvəlki | Kamran Rüstəmov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 2017 |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Rafiq İsmayıl 1939-cu ildə Qazax rayonunun Musaköy kəndində doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdir. 1964–1967-ci illərdə SSRİ İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Sudanda və Yəməndə tərcüməçi kimi çalışmışdır.[1]
Rafiq İsmayıl 1968-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləmiş, 1978–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində dekan müavini vəzifəsində çalışmışdır. O, 1993-cü ildən isə Bakı Dövlət Universitetinin müəllimi kimi fəaliyyətini davam etdirmişdir.[1]
Rafiq İsmayıl 5 oktyabr 2017-ci ildə ölmüşdür.[1] O, Qazax rayonunun Xanlıqlar kəndindəki məzarlıqda dəfn olunmuşdur.[2]
Rafiq İsmayıl professor və tarix elmləri doktoru olmuşdur.[2][1]
Rafiq İsmayıl Əbülfəz Elçibəyin Türkiyə nümayəndəsi Xanım Xəlilova ilə evli olmuşdur. Onların oğlu Prof. Dr. Toğrul İsmayıl Qəhrəmanmaraş Sütçü İmam Universitetində müəllim olaraq çalışır.[3] Nəvələri Sezen İsmayılbəyli Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, sabiq inşaat və şəhərqurma naziri Mustafa Yılmazın oğlu ilə evlənmişdir.[4]
Rafiq İsmayıl Azərbaycan Xalq Cəbhəsi üzvü olmuşdur.
Rafiq İsmayıl Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 15 iyun 1992-ci il tarixli 848 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının humanitar məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyin edilmişdir.[5] O, 28 iyun 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 658 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[6]
Rafiq İsmayıl daha sonra Müsavat Partiyasının üzvü olmuşdur. O, həmçinin, Müsavat Partiyasının Məclis üzvü olmuşdur.[1]
Rafiq İsmayıl 2000-ci il parlament seçkilərində çoxmandatlı vahid seçki dairəsi üzrə proporsional seçkilərdə Müsavat Partiyasının vahid siyahısında ilkin seçkiylə 19-cu sırada qərar tutmuşdur, lakin partiyanın %6-lik seçki həddini keçməməsi səbəbi ilə deputat seçilə bilməmişdir.[7]