Ramiz Tağı oğlu Nağıyev (20 may 1951, Düdəngə, Noraşen rayonu)— Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi (2005–2011), polis general-mayoru.[2]
Ramiz Tağı oğlu Nağıyev 20 may 1951-ci ildə Azərbaycan SSR Naxçıvan MSSR-in Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. 1957–1967-ci illərdə Şərur rayonundakı Cəlilkənd kənd orta məktəbində orta təhsil alıb,[3] 1967–1969-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyaraq müəllim ixtisasına yiyələnir.
1970-ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayına kimi Qara dəniz Hərbi Donanmasında həqiqi hərbi xidmətdə olub.
1974–1980-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib, 2009-cu ildə hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.
- 1967–1970-ci illərdə Cəlilkənd kənd orta məktəbində müəllim işləyib.
- 1973-cü ilin dekabr ayından 1975-ci ilin dekabr ayına kimi Şərur şəhərindəki orta məktəbdə müəllim işləyib.
- 1975-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul edilərək Şərur rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili, profilaktika üzrə baş inspektor, cinayət axtarış üzrə baş inspektor vəzifələrində işləmiş;
- 1981–1982-ci illərdə Naxçıvan MR Daxili İşlər Nazirliyində növbətçi hissə rəisinin müavini işləmiş;
- 1982–1986-cı illərdə Şərur rayon Daxili İşlər Şöbəsində müstəntiq;
- 1986–1992-ci illərdə Quba rayon Daxili İşlər Şöbəsində baş müstəntiq;
- 1992–1993-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsində müstəntiq və baş müstəntiq vəzifələrində işləmiş;
- 1993–1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində inspektor, mühüm tapşırıqlar üzrə baş inspektor vəzifələrində çalışmışdır.
- 1995-ci ilin mart ayından 1999-cu ilin fevral ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7-ci İdarəsinin;
- 1999-cu ilin fevral ayından 2004-cü ilin avqust ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin;[3]
- 2004-cü ilin avqust ayından 2005-ci ilin sentyabr ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin;
- 2005-ci ilin sentyabr ayından 2011-ci ilin may ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi vəzifələrində işləyib. Ramiz Nağıyev Livan, Qazaxıstan, Gürcüstan, Avstriya, Türkiyə, Macarıstan, italiya Respublikalarında, Rusiya Federasiyasında, Tailand, İordaniya Krallıqlarında, İsveçrədə və bir sıra digər ölkələrdə beynəlxalq müşavirələrdə nümayəndə heyətlərinin rəhbəri və üzvü kimi Azərbaycanı təmsil edib, həmin tədbirlərdə problemli məsələlərə dair çıxışlar edib.
2011-ci ilin may ayından daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüddədir.[4]