Vir və Zara: Məhəbbət əhvalatı (film, 2004)

"Vir və Zara" rejissoru Yaş Çopranın olduğu və oğlu Aditya Çopra ilə birgə ərsəyə gətirdiyi, romantik dram janrına məxsus və hind dilində qələmə alınmış filmdir. Talehsiz sevgililərin adını alan bu filmdə baş rolları Şahrux Xan ilə Priti Zinta canlandımışdır. Vir Hind Hava Qüvvələrinin pilotu, Zara isə Pakistan siyasi xadiminin qızıdır. Vir yanlış ittihamlardan dolayı həbs edilir və Rani Mukercinin canlandırdığı gənc pakistanlı hüquqşünas onun azadlığı üçün mübarizə aparır. Amitab Baççan, Hema Malini, Divya Dutta, Mənuc Bacpayi, Boman İrani, Anupam KerKirron Ker kimi tanınmış aktyor və aktrisalar digər rolları canlandırmışlar.

Vir və Zara
ing. Veer-Zaara
hind. वीर-ज़ारा
Janr romantik dram
Rejissor Yaş Çopra
Prodüserlər Aditya Çopra
Yaş Çopra
Ssenari müəllifi Aditya Çopra
Baş rollarda Şahrux Xan
Priti Zinta
Bəstəkar
İstehsalçı Yash Raj Films
Distribütor Netflix
İlk baxış tarixi 12 noyabr 2004
Filmin növü bədii film
Müddət 196 dəqiqə
Büdcə 230 milyon rupi
Gəlir 976.4 milyon rupi
Ölkə Hindistan Hindistan
Dil Hindcə
İl 2004
Rəng rəngli
Çəkiliş yeri Hindistan, Pakistan.
IMDb ID0420332

Hind pilotu Vir Prataph Sinqh, Zara adlı qızın həyatını xilas edir. Bu hadisədən sonra onlar öz vaxtlarının çoxunu birgə keçirirlər və Vir Zaranın nə üçün Hindistana gəldiyini öyrənir. Zaranın ailəsi əvvəldən kimsəsiz bir qadına baxmışdılar. Bu yaşlı qadın vəfat etməzdən əvvəl Zaradan onun külünü Hindistandakı bir çaya atmasını istəyir. Zara yaşlı qadının diləyini qəbul edir və anasını, atasını xəbərdar etmədən yola çıxır. Hindistana gedərkən avtobus yol qəzası ilə üzləşir. Elə həmin vaxt Vir Zaranı xilas edir. Zara həmin qadının külünü çaya tökənə qədər Vir ona hər bir işdə kömək edir. Bütün bu yaxşılıqların əvəzində Zara Virdən ondan bir şey istəməsini xahiş edir. Vir Zaradan həyatının yalnız 1 gününü ona ayırmasını istəyir. Zara bu təklifi qəbul edir və Vir onu öz qəsəbəsinə aparır. Onlar Virin ailəsilə Lodi bayramında iştirak edirlər. Vir bu gecədən sonra Zaraya aşiq olduğunu başa düşür və ertəsi gün öz sevgisini ona bildirmək qərarına gəlir. Lakin... Vir Zaranı aparmağa gələn nişanlısı ilə qarşılaşır. Zaranın artıq evlənməyə hazırlaşdığını görən Virin bütün ümidləri qırılır. Buna baxmayaraq stansiyada Zaraya aşiq olduğunu deyir, onu hər zaman gözləyəcəyini bildirir. Vir və Zara ayrılırlar. Ancaq onların məhəbbəti burada bitmir. Pakistana qayıdan Zaranın da qəlbində sevgi alovlanmağa başlayır. Zaranın ən yaxın yoldaşı olan Sebo Viri tapıb onu Pakistana çağırır, Zaranın ona aşiq olduğunu və toydan qabaq onu qaçırmasını təklif edir. Əhvalatı belə görən Vir qəlbinin səsinə qulaq asaraq Pakistana gedir. Zaranın toyunda Vir gəlib çıxır və onlar hər kəsin gözü qabağnda qucaqlaşırlar. Aləm qarışır, hər kəsdə çaşqınlıq yaranır. Zaranın atası bu əhvalatdan şok keçirir. Zaranın evlənəcəyi adam onun ailəsi üçün çox vacibdir. Bu evlilik atasının iş yerinin yüksəlişi üçün çox önəmlidir. Bir tərəfdən də həmin oğlanla yox, Virlə ailə qursa, atasının daha bir şok keçirməsi ölümünə apara bilər. Zaranın atasının bu vəziyyəti və hər iki ailənin təzyiqləri qarşısında Vir və Zara öz sevgilərindən vaz keçmək məcburiyyətində qalırlar. Bu ayrılıqdan sonra ölkəsinə dönmək üzrə olan Vir Zaranın nişanlısı tərəfindən qurulan bir tələnin qurbanı olur və haqsız günahlandırılaraq həbsxanaya salınır. Zara da nişanlısına ərə gedir. 22 il keçdikdən sonra bir vəkil qadın tərəfindən günahsızlığı sübuta yetirilən Vir həbsdən azad olunur. Vəkil ona Zara ilə yenidən qovuşmasında da kömək olur... Beləcə ədalət yerini tapır və Virlə Zara qalan ömürlərini xoşbəxt keçirirlər.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi : Aditya Çopra
Rejissor : Yaş Çopra
Prodüserlər : Aditya Çopra, Yaş Çopra
Bəstəkarlar : Madan Mohan, Sanciv Kohli
Aktyor Rol
Şahrux Xan Vir Prataph Sinqh
Priti Zinta Zara Həyat Xan
Rani Mukherci Səmiyə Siddiqu
Kiron Kher Məryəm Həyat Xan
Divya Dutta Şabbo
Boman İrani Cahangir Xan
Anupam Kher Zakir Əhməd
Amitabh Baççan Çadhari Sumer Sinqh
Hema Malini Mati
Manoc Bacpayi Razə Şirazi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]