Raqib Əzizov

Raqib Vidadi oğlu Əzizov (29 avqust 1991; Masallı rayonu, Azərbaycan8 dekabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin veteranı, şəhid.

Raqib Əzizov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yolağac, Masallı, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Yolağac, Masallı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2009—2011 /2013—2020
Rütbə Gizir
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Zəngilanın azad olunmasına görə" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Raqib Əzizov 1991-ci il avqustun 29-da Masallı rayonunun Yolağac kəndində anadan olub. 1997-ci ildə Yolağac kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub, 2008-ci ildə Güllütəpə kənd tam orta məktəbini bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Raqib Əzizov 2009-2011-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin TTM-də təhsil alan Raqib Əzizov, 2013-cü ilin aprelindən "N" saylı hərbi hissədə bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun giziri olan Raqib Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsininFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Dekabrın 8-də Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət bir neçə nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə gizir Raqib Əzizov şəhid olub. Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin üzvləri məhv edilib. Raqib Əzizov 09.12.2020-ci il tarixində Masallı rayonunun Yolağac kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqib Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqib Əzizov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqib Əzizov ​ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.