Yolağac

YolağacAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]

Yolağac
39°00′47″ şm. e. 48°32′06″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 829 (2009) nəfər
Xəritəni göstər/gizlə
Yolağac xəritədə
Yolağac
Yolağac

Əhalisi 829 nəfərdir.[2]

Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XVIII əsrin ortalarında Yardımlı rayonunun BərcanLerik rayonunun Xanəgah kəndlərindən gəlmiş ailələr salmışlar. Oykonim haqqında iki fikir mövcuddur. Birinci fikrə görə, oykonim “yol kənarında ağac” mənasındadır. Yerli əhalinin məlumatına görə, Yardımlı rayonunun bir sıra kəndlərinin əhalisi son illərə qədər bu yoldan istifadə edir və həmin ağacın kölgəsində dincəlirdilər. İkinci fikrə görə isə, kəndin adı yol (tal, “böyük”, “hündür”) və ağac sözlərindən ibarət olub, “böyük, hündür ağac” mənasındadır. Məlumat verilir ki, kəndin qərb tərəfində böyük bir ağac varmış və kənd də həmin ağaca görə belə adlandırılmışdır. [3]

Jindi

Kıncıvo

Monidigah

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.