Rasim Əliyev (memar)

Rasim Həsən oğlu Əliyev (16 iyul 1934, Gəncə13 noyabr 2021[1], Bakı) — Azərbaycan memarırəssamı; Azərbaycan SSR əməkdar memarı (1979), Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü.

Rasim Əliyev
Rasim Həsən oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyul 1934(1934-07-16)
Doğum yeri
Vəfat tarixi 13 noyabr 2021(2021-11-13)[1] (87 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Atası Həsən Əliyev
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Naxçıvan
Bakı
Əsas tikililəri Hüseyn Cavid məqbərəsi;
Heydər Əliyev Beynəlxalq Aeroportu
Mükafatları "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979
"Şöhrət" ordeni — 2000 "İstiqlal" ordeni — 2014 "Şərəf" ordeni — 2009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olmuşdur. 1952-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb[2]. O, 1974-cü ildə Bakının Baş memarı təyin olunub və 14 il müddətində bu vəzifədə fəaliyyət göstərib[3].

18 iyul 2014-cü ildə Beynəlxalq Muğam Mərkəzində Rasim Həsən oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi memarlıq əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərlərinin sərgisi keçirilmiş, onun haqqında 2006-cı ildə çəkilmiş "Memar" filmindən fraqmentlər nümayiş etdirilmişdir[3]. Tədbirdə yubilyara Azərbaycan Memarlar İttifaqının diplomu təqdim edilib[4].

R.Əliyev 2000-ci il 19 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 2009-cu il 24 sentyabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə "Şərəf"[3], 2014-cü il 16 iyul tarixində isə "İstiqlal" ordeni ilə təltif edilib.[5]

Rasim Əliyev 13 noyabr 2021-ci ildə 87 yaşında vəfat etmişdir.[6]

Hüseyn Cavid məqbərəsi

O, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir[3].

Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.

  1. 1 2 https://haqqin.az/news/225788.
  2. Real TV. "Memar Rasim Əliyevin doğum günüdür" (az.). Youtube.com. 16.07.2022. 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  3. 1 2 3 4 İlkin İzzət. "Azərbaycanın əməkdar memarı Rasim Əliyevin 80 illik yubileyi qeyd edilir". TREND (az.). az.trend.az. 18 İyul 2014, 10:18. 2014-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
  4. "Rasim Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib". ARA (az.). az.apa.az. 18 İyul 2014 18:21. 2014-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
  5. "R.H.Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 16 iyul 2014, 18:10. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.
  6. "Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]