Hüseyn Cavid məqbərəsi — Naxçıvan şəhərində böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış memarlıq-xatirə kompleksi. Kompleks Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir.
Hüseyn Cavid məqbərəsi | |
---|---|
39°11′ şm. e. 45°27′ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Naxçıvan |
Memar |
Rasim Əliyev Ömər Eldarov |
Tikilmə tarixi | 1996 |
Üslubu | Azərbaycan memarlığı |
Material | beton, mərmər |
Vəziyyəti | muzey |
İstinad nöm. | 398 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Abidənin layihəsinin müəllifi Azərbaycan respublikasının əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Cümhuriyyətinin "Start" inşaat şirkəti tərəfindən inşa edilmişdir.[1]
Heydər Əliyev ədəbiyyatımızın korifey nümayəndələrindən biri olan Hüseyn Cavid şəxsiyyətinə, ailəsinə, irsinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il 21 iyulda “Hüseyn Cavidin 100 illiyi haqqında” qəbul olunan qərardan sonra böyük şair və dramaturqa dövlət səviyyəsində yüksək qiymət verilib, sənətkara münasibət köklü şəkildə dəyişib. Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il oktyabrın 26-da şairin nəşi Sibirdən Bakıya, sonra isə doğulub boya-başa çatdığı Naxçıvan şəhərinə gətirilərək evinin qarşısında torpağa tapşırılıb, 1981-ci ildə şəhərin mərkəzində Hüseyn Cavidə olan ehtiramı əks etdirən məqbərə ucaldılıb.
Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirilib.
Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də məqbərənin sərdabəsindədir. Heydər Əliyev şairin qızı Turan xanımın xahişini müsbət həll edərək 1996-cı il sentyabrın 13-də Müşkünaz xanımın məzarını Bakıdan, Ərtoğrul Cavidin məzarını isə Naxçıvandan Cavid türbəsinə gətirmək barədə göstəriş vermişdi. Abidənin açılışı Hüseyn Cavidin anadan olmasının 114 illiyi münasibətilə 1996-cı il 29 oktyabrda olmuşdur. Azərbaycan respublikasının prezidenti Heydər Əlirza oğlu Əliyev şəxsən məqbərənin açılışında iştirak etmiş və nitq söyləmişdir.
Hüseyin Cavidin qızı Turan xanımın qəbri də sərdabədədir.
2022-ci ildə AR Prezidenti İlham Əliyev ölkəmizdə şair-dramaturqun anadan olmasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı, Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq edilib. Cavidin ev-muzeyi və xatirə kompleksinin bərpasından sonra ədibin Naxçıvan şəhərində ehtişamla ucalan məzarüstü abidəsində təmir-bərpa işləri aparılıb. Təmir-bərpa işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilib. İ[2].
Məqbərə üst və aşağı – sərdabə hissələrindən ibarətdir.
Məqbərə üçün bir vaxtlar Hüseyn Cavidin yaşadığı və muzeyə çevrilmiş birmərtəbəli evin qarşısındakı yer müəyyənləşmişdi. Ordakı bütün əski tikililər sökülərək ərazi təmizləndi və Rasim Əliyevin layihəyəsinə əsasən həmin yerdə, mərkəzində Araza, cənuba istiqamət götürmüş Məqbərinin ucalacağı kiçik park salındı.
Məqbərənin memarlığı Əcəmi Naxçıvani, Naxçıvan memarlıq məktəbi ənənələri və bu ənənlərin müasir transkripsiyası əsasında qurulumuşdu. Ulduzşəkilli şəbəkə ornamentlərinin işığı stilobat üzərindəki sərdabəni içəridən tam işıqlandırır. Məqbərə ağ mərmərdən tikilmişdir. Pillələrlə stilobatın üst meydançasına çıxb Məqbərənin içərisinə daxil olarkən aşağıda şüşə qapaq altında ən aşağı mərtəbədə yerləşən məzar, məzarüstü daş, sinə daşı görünür. Şüşə qapağın oxu ilə isə taxça yerləşir ki, həmin taxçada da Ömər Eldarovun müəllifi olduğu Hüseyn Cavidin ağ mərmər büstü var.[3]