Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rasim Nəsrəddin oğlu Musabəyov (1 yanvar 1951, Bakı) — politoloq, millət vəkili.
Rasim Musabəyov | |
---|---|
Vəzifədədir | |
2010-cu ildən | |
Seçki dairəsi | 2010 — 18 saylı Nərimanov-Nizami 2015 — 18 saylı Nərimanov-Nizami 2020 — 18 saylı Nərimanov-Nizami |
Əvvəlki | Cəmil Həsənli |
Doğru Yol Partiyasının sədr səlahiyyətlərini icra edən | |
1994 – 18 noyabr 1995 | |
Doğru Yol Partiyasının sədr müavini | |
30 yanvar 1993 – 18 noyabr 1995 | |
Sədr | Tamerlan Qarayev |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
1991 – 1992 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Hidayət Orucov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1951 (73 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | politoloq[d] |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rasim Musabəyov 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) avtomatlaşdırma fakültəsinə daxil olmuşdur. 1982–1985-ci illərdə Moskvada aspiranturada oxumuş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1985–1989-cu illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Moskvada Gənclər İnstitutunun (indiki Sosial-humanitar Akademiyasının) millətlərarası münasibətlər şöbəsinin müdiri olmuşdur. 1994–1999-cu illərdə Bakı Politologiya İnstitutunda dosent vəzifəsində işləmişdir.
Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Almaniya, Rusiya, Türkiyə, Çin, Gürcüstan, Ermənistanda və s. çap olunmuş 150-dən çox kitab, kitabça və elmi məqalələrin müəllifidir.
"Əmək rəşadətinə görə" medal ilə (1972) təltif olunmuşdur. Evlidir, bir qızı var.
1972-ci ildə həmin institutun komsomol komitəsinin katibi seçilmişdir. 1974–1976-cı illərdə Azərbaycan LKGİ MK Aparatı Tələbə-gənclər şöbəsinin müdiri, 1976–1982-ci illərdə Moskvada ÜİLKGİ MK Aparatının məsul işçisi, 1982–1985-ci illərdə ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbinin aspirantı olmuşdur. 1985–1989-cu illərdə ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbinin baş müəllimi, tədqiqat mərkəzinin laboratoriya müdiri işləmişdir. 1989-cu ildən Bakı Ali Partiya Məktəbinin laboratoriya müdiri, 1990-cı ildən Azərbaycan KP Bakı Şəhər Komitəsinin İdeologiya şöbəsinin müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatında millətlərarası münasibətlər üzrə müşavir, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti Sədrinin birinci müavininin müşaviri, 1993–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun dosenti, 1999–2010-cu illərdə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun baş məsləhətçisi vəzifələrində çalışmışdır.
1990–1995-ci illərdə Bakı Şəhər Sovetinin deputatı olmuşdur.
2005–2008-ci illərdə Azərbaycan Mətbuat Şurasının üzvü olunmuşdur.
2006–2010-cu illərdə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun İdarə Heyətinin üzvü olmuşdur.
2010-cu ildə millət vəkili seçilmişdir.
15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci il tarixində Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir.[1][2] Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. Bu dövrdə, Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir.[3] Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü il tarixində keçirilmişdir. Konfransda Tamerlan Qarayev sədr, Rasim Musabəyov sədr müavini, Siyasi Şura üzvü, Akif Nağı isə partiyanın katibi seçilmişdir.[4][5]
4 iyun Gəncə qiyamından sonra hakimiyyəti ələ alan Heydər Əliyev 3 sentyabr 1993-cü il tarixində Ali Sovetin sədrinin birinci müavini Tamerlan Qarayevi Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin etmişdir.[6] Bununla o, sədr müavini vəzifəsindən və partiya üzvlüyündən istefa vermişdir. Bu hadisədən sonra Rasim Musabəyov 1994-cü ildən etibarən Doğru Yol Partiyası sədrinin vəzifələrinin icraçısı vəzifəsini icra etməyə başlamışdır.[3][5]
Lakin partiyanın təsisçisinin partiya fəaliyyətində iştirak edə bilməməsi, partiyanın təsirliliyinın azlıq təşkil etməsi kimi səbəblər partiyanın ləğv edilməsi məsələsini gündəmə gətirmişdir. Partiya rəhbərliyinin aldığı qərara əsasən 18 noyabr 1995-ci il tarixində keçirilmiş Müsavat Partiyası IV Qurultayında Müsavat Partiyasına birləşmişdir.[4]