Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tamerlan Yelmar oğlu Qarayev (30 yanvar 1952, Qasımlı, Ağdam rayonu) — diplomat, hüquqşünas[1], Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri. Hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Tamerlan Qarayev | |
---|---|
Vəzifədədir | |
13 dekabr 2018-ci ildən | |
Əvvəlki | vəzifə təsis edildi |
15 sentyabr 2011 – 13 dekabr 2018 | |
Əvvəlki | İbrahim Hacıyev |
Sonrakı | Cəlal Mirzəyev |
1 sentyabr 2004 – 15 sentyabr 2011 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | İbrahim Hacıyev |
3 sentyabr 1993 – 7 may 2001 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Yaşar Əliyev |
18 may 1992 – 3 sentyabr 1993 | |
Əvvəlki | Ziyad Səmədzadə |
Sonrakı | Arif Rəhimzadə |
7 fevral 1991 – 18 may 1992 | |
Əvvəlki | Afiyəddin Cəlilov |
Sonrakı | Afiyəddin Cəlilov |
Doğru Yol Partiyasının sədri | |
30 yanvar 1993 – 3 sentyabr 1993 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Rasim Musabəyov (s.i.e.) |
1 may 1990 – 1991 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Arif Hacılı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | diplomat |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hüquqşünaslıq |
Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Azərbaycan SSR-də Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978–1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992–1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi[2]. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.
1990-cı il 22 yanvar tarixində AXC Məclisinin üzvü və ADU hüquq fakültəsinin dosenti T. Y. Qarayev ictimaiyyət nümayəndəsi kimi 20 Yanvar hadisələrini təhqiq edən Azərbaycan SSR Ali Sovetinin deputat-istintaq komissiyasına üzv seçilmiş və məlum komissiyanın sədr müavini təyin edilmişdir. 1990-cı il 30 aprel – 1 may tarixində Göyçayda baş tutan AXC Məclisinin iclasında AXC Məclisinin ilk daimi sədri seçildi[3]. 1990–1991-ci illərdə AXC Məclisinin sədri olmuşdu.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilmiş, ilk dəfə bu seçkilərdə Azərbaycan Kommunist Partiyası xaricində siyasi qüvvələr yarışmışdır. Seçki nəticəsində 45 nəfər müxalif Azərbaycan Xalq Cəbhəsi üzvü parlamentin deputatı seçilmişdir. Parlamentdə "Müstəqil Azərbaycan" Demokratik Blokunu təsis edən müxalif qrup parlament sədarətinə namizəd olaraq 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat seçilmiş Tamerlan Qarayevi sədr müavinliyinə namizəd göstərmişdir. 7 fevral 1991-ci ildə Tamerlan Qarayev Ali Sovetin sədr müavini seçilmişdir.[4] Tamerlan Qarayev, həmçinin, 26 noyabr 1991-ci ildə təsis edilmiş Azərbaycan Ali Sovetinin Milli Şurasına "Müstəqil Azərbaycan" Demokratik Blokunun üzvü olaraq seçilmişdir.[5] O, 1991-ci ildə Ukrayna[6], Estoniya[7], Latviya[8] və Litvanın[9] dövlət müstəqilliyinin tanınması haqqında qərarları Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası adından imzalayıb.
15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi, Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci ildə Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir.[10][11] Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. 1992-ci ilin prezident seçkilərində AXC sədri Əbülfəz Elçibəyə qarşı öz namizədliyini irəli sürmüşdü[12]. T. Qarayev 1992-ci ildə prezidentliyə 7 namizəddən biri oldu, amma 1992-ci il iyunun 5-də öz namizədliyini geri götürdü. Bu dövrdə Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir.[13] Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü ildə keçirilmişdir. Konfransda Tamerlan Qarayev sədr, Rasim Musabəyov sədr müavini, Siyasi Şura üzvü, Akif Nağı isə partiyanın katibi seçilmişdir.[14][15]
4 iyun Gəncə qiyamından sonra hakimiyyəti ələ alan Heydər Əliyev 3 sentyabr 1993-cü ildə Ali Sovetin sədrinin birinci müavini Tamerlan Qarayevi Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin etmişdir.[16] Bununla o, sədr müavini vəzifəsindən və partiya üzvlüyündən istefa vermişdir. Bu hadisədən sonra de-facto partiyaya Rasim Musabəyov rəhbərlik etməyə başlamışdır.[17]
1993–2001-ci illərdə Çində, 2004–2011-ci illərdə Hindistanda, 2011–2018-ci illərdə İndoneziyada səfir olmuşdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 13 dekabr 2018-ci ildə onu İndoneziya, Filippin, Sinqapur, Timor-Lestedə səfir postundan geri çağıraraq Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin etmişdir[18].
Hacı Əbdül Qatır Məmməd ləqəbli Ağdam komandiri Yaqub Rzayevin müəmmalı ölümü və ona ölümündən əvvəl dediklərini danışıb. O, "Qatır Məmməd"in dilindən eşitdiklərini, Azərbaycanın yüksəkvəzifəli məmurlarının olduğu "Mi-8" vertolyotunun vurulması əmrinin Tamerlan Qarayev tərəfindən verildiyini deyir.[19][20][21][22]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
<ref>
teqi; :03
adlı istinad üçün mətn göstərilməyib