Rast. Niyazi — rejissor Nonna Müzəffərovanın sənədli filmi. Beynəlxalq Muğam Mərkəzində filmin təqdimatı olub.[1]
Film Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və Beynəlxalq mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuşdur.[2]
- Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb.
- Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib.
- Filmdə Niyazinin "Rast" simfonik muğamından istifadə edilib.
- Ssenari müəllifi: İntiqam Qasımzadə
- Rejissor: Nonna Müzəffərova
- Operator: Yuri Varnovski
- İçraçı prodüser: Əlibala Rəhimov
- Bədii rəhbər: Eldar Quliyev
- Elşən Bağırov
- Roman Məmmədov
- Tahir Əliyev
- Elşən Əliyev
- Cabir Hacıyev
- Eldəniz Rəsulov
- Arif Məlikov (bəstəkar, SSRİ Xalq artisti)
- Fərhad Bədəlbəyli (pianoçu, SSRİ Xalq artisti)
- Tamara Sinyavskaya (opera müğənnisi, SSRİ Xalq artisti)
- Aida Tağızadə (musiqişünas, əməkdar incəsənət xadimi)
- Yalçın Adıgözəlov (bəstəkar, Azərbaycan Xalq artisti)
- Anar (yazıçı, Azərbaycan Xalq yazıçısı)
- Rza Bayramov (Niyazinin ev-muzeyinin direktoru)
- Gülsin Onay (türk pianoçusu)
- İdil Biret (türk pianoçusu)
- Heydər Əliyev (titrlərdə yoxdur)
- Niyazi (titrlərdə yoxdur)
- ↑ Abdullayeva, S. "Rast.Niyazi" sənədli filmi təqdim edilib: [Beynəlxalq Muğam Mərkəzində rejissor Nonna Müzəffərovanın qruluşunda hazırlanan eyniadlı filmin təqdimatı haqqında] //525-ci qəzet.- 2014.- 20 dekabr.-S.17.
- ↑ Hüseynov, F. Niyaziyə həsr olunmuş sənədli filmin təqdimatı: [Beynəlxalq Muğam Mərkəzində rejissor Nonna Müzəffərovanın "Rast. Niyazi" sənədli filminin təqdimatı haqqında] //Mədəniyyət.- 2014.- 19 dekabr.- S.3.
Azərbaycan filmlərinin siyahısı