Rauf İsmayılov (dövlət xadimi)

Rauf Əbdüləli oğlu İsmayılov (22 dekabr 1939, Pərpi, Əştərək rayonu2 oktyabr 2019, Bakı) — azərbaycanlı siyasi və ictimai xadim, professor (1986), əməkdar elm xadimi (1992), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), istiqlalçı millət vəkili, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri (1992).[1]

Rauf İsmayılov
23 aprel 1992 – 2 iyun 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıAzad Mirzəcanzadə
11 sentyabr 1990 – 20 noyabr 1995
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1939(1939-12-22)
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 2019(2019-10-02) (79 yaşında)
Vəfat yeri
Təhsili

Təltifləri Azərbaycan Respublikasının əməkdar elm xadimi

Rauf İsmayılov 22 dekabr 1939-cu ildə Qərbi Azərbaycanın Aştarak rayonunun Parpı kəndində anadan olub. Mirbəşir (Tərtər) rayonu Azadqaraqoyunlu kənd orta məktəbində təhsil alıb. 1958–1963-cü illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız dili fakültəsində təhsil alıb. 1968-ci ildə Azərbaycan SSR EA-nın Ədəbiyyat və Dilçilik İnstitutunda "Azərbaycan satirik şerinin inkişaf yolları" mövzusunda namizədlik, 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutuunda "Azərbaycan-Fransa ədəbi əlaqələri (Azərbaycan ədəbiyyatının tarixi inkişafı kontekstində)" mövsusunda doktorluq dissertasiyası müdafiə edib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Professor R. Ə. İsmayılov 1975–2011-ci illərdə Azərbaycan Texniki Universitetinin "Xarici dillər" kafedrasının müdiri olub. O, Fransa, Rusiya, Azərbaycan və digər ölkələrdə çap olunmuş müxtəlif əsərlərin müəllifidir. Bir sıra fundamental dərslikləri, o cümlədən kitabları Moskva şəhərində "Высшая школа" nəşriyyatı tərəfindən çap edilib, keçmiş SSRİMDB ölkələrinin ali texniki məktəblərinin tələbələri üçün dərs vəsaiti kimi tövsiyə olunub. Onun elmi rəhbərliyi altında 10-dək namizədlik və doktorluq dissertasiyası yerinə yetirilib. Strasburq, Moskva, Bakı və digər şəhərlərdə keçirilmiş beynəlxalq konfransların iştirakçısı olub. Professor R. Ə. İsmayılov XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı (1990–1995) seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. 1992-ci ildə müstəqil Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri, 1992–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin Elm, təhsil, din və mədəniyyət məsələləri daimi komissiyasının sədri vəzifələrində çalışıb. 1992-ci ildə ali məktəblərə qəbulda test üsulunun tətbiqini öyrənmək üçün Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən xalq şairi Sabir Rüstəmxanlı ilə birlikdə Türkiyəyə ezam olunub.

  • "Фанцузский язык". Moskva, "Высшая школа", 1986
  • "Автоматика и робототехника в машиностроении". Moskva, "Высшая школа", 1988
  • "Автоматика и вычислительная техника". Moskva, "Высшая школа", 1990
  • "Французский язык". Moskva, "Высшая школа", 1998

Professor R. Ə. İsmayılov 2 oktyabr 2019-cu ildə Bakı şəhərində vəfat edib.[2]

  1. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinin qərarı (26 noyabr 1991)". republic.preslib.az. Archived from the original on 2022-11-01.
  2. "Milli Məclisin sabiq komitə sədri vəfat edib". www.realtv.az. 3 Oktyabr 2019. Archived from the original on 2022-11-01.