Əştərək rayonu, Aştarak rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Karbi mahalı ərazisində yerləşən rayon. Mərkəzi Əştərək şəhəridir.
Rayon | |
Əştərək rayonu | |
---|---|
İnzibati mərkəz | Əştərək |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi |
|
Əştərək rayonu 1930-cu il sentyabrın 9-da yadadılıb. Ərazisi 926 kv km-dir. Rayon mərkəzi respublika tabeli Əştərək (dəyişdirilmiş adı Aştarak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 22 km-dir.
1948-1951-ci illərdə rayonun Talış, Təkiyyə, Uçan, Çadqıran, İnəkli, Tülnəbi və s. kəndlərinin əhalisi zorla Azərbaycana köçürülüb.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Qızıldəmir | Viskevaz | 03.01.1935 |
İlançalan | Artaşavan | ... |
Ağsu | Dzorap | 01.12.1949 |
İnəkli | Antarut | 01.12.1949 |
Maqda | Lernarot | 01.12.1949 |
Çadqıran | Bazmavan | 01.12.1949 |
Bazmavan | Nor Gexi | 10.02.1962 |
Tulnəbi | Saralanc | 04.04.1946 |
Talış | Aruç | 11.11.1970 |
Əsgərov Əsgər Allahverdi oğlu (1878-11.3.1938*, 60 yaş) repressiya qurbanı
1878 ci ildə Əştərək rayonunda doğulmuş. Şəkidə 1 May kolxozçu olmuşdur.[1]