Rauf İsrafilov (d.1956, Azərbaycan SSR, Bakı ş.) — TESOC Çoxmədəniyyətli Məskunlaşma Xidmətinin baş mütəxəssisi, professor[1].
Rauf İsrafilov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
Bakı Azərbaycan SSR |
Vətəndaşlığı | Kanada |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | professor |
1956-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Atası professor, anası isə Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifəsində çalışmışdır[1].
Ailəlidir, 2 uşağı var.
Bir müddət Bakı Dövlət Universitetində geologiya fakultəsində mühazirələr demiş, lakin bütün iş fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitunda keçmişdir. 1978-ci ildə ora baş laborant vəzifəsinə qəbul edilmiş və son vəzifəsi geoekologiya departamentinin rəhbəri olmuşdur. Aspiranturanı Moskvada bitirmiş və elmlər namizədi dərəcəsini orada almışdır. Gürcüstanda müdafiə edərək elmlər doktoru olmuş, hidrogeologiya sahəsində professor adını qazanmışdır.
Fullbrayt proqramı- aparıcı alimlərin mübadiləsi proqramı çərçivəsində Amerika Dövlət Departamentinin dəvəti ilə bir il Cənubi Florida Universitetində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Amerikada imtahan verib hidrogeoloq kimi peşəsini təsdiqləyən lisenziya almışdır.[2]