Geoekologiya

Geoekologiya - elmi yerin daxilində və xaricində baş verən proseslərlə canlı aləm arasında mövcud olan əlaqəni, canlı aləmin yaşaması üçün əlverişli şəratin (mühitin) yaradılması nöqteyi nəzərindən öyrənir. Geoekologiya fənni geologiyaekologiya fənnlərinin sərhədində yaranmaqdadır. Geoekologiya canlı aləmin yaşadığı şərait, onlar arasında qarşılıqlı münasibət, bu şəraitin geoloji mühitdə baş verən dəyişikliklərlə əlaqədar dəyişməsi, canlı varlığın təsiri ilə geoloji mühitin dəyişməsi, yəni canlı varlıqla geoloji mühit arasında qarşılıqlı münasibət haqqında elmdir.[1][2]

İnsanın həyat mühitinin (geoloji mühitin) vəziyyəti həm geoloji proseslərdən, həm də insanın təsərrüfat fəaliyyətindən asılıdır. Geoekologiyanın predmeti də bundan ibarətdir. Onun obyekti, bir tərəfdən təbii geoloji mühit, digər tərəfdən təbii-antropogen sistemlərdir.

Digər elmlərlə əlaqəsi

[redaktə | mənbəni redaktə et]

Geoekologiya bəşəriyyət üçün böyük əhəmiyyəti olan təbii və təbiəti mühafizə biliklərinin sintezidir. Geoekologiya təbii proseslərin geoloji mühitə və təbii-texnogen sistemlərə mümkün təsir nəticələrini qiymətləndirməyə və qabaqcadan söyləməyə imkan verir. Yer səthində və təkində təbii və oyadılmın (hərəkətə gətirilmiş) geoloji proseslərin gedişini müəyyən edən təbii və texnogen amillərin öyrənilməsi təbii kortəbii hadisələrin nəticələrini zəiflətmək və geoloji mühitə antropogen fəaliyyətin təhlükəli təsirinin minimuma endirilməsinə imkan verir. Öz inkişafında bu elmi sahə müxtəlif təbii və tətbiqi elmlərə - geologiya, fiziki coğrafiya, geomorfologiya, hidrogeologiya, meteorologiya, seysmologiya, geofizika, geokimya, mühəndis geologiyası, dağ işləri, faydalı qazıntıların kəşfiyyatı və işlənilməsi və b. istinad edir[3][4].

  1. Голубев Г.Н., 2013, с. 11.
  2. Ясаманов Н.А., 2003, с. 27-29.
  3. Геоэкология[ölü keçid] // Геологический словарь : [в 3 т.] / гл. ред. О. В. Петров. — 3-е изд., перераб. и доп. — СПб. : ВСЕГЕИ, 2010. — Т. 1. А − Й. — С. 244. — ISBN 978-5-93761-171-0.
  4. Геоэкология // Экологическая энциклопедия: В 6 Т. / Гл. ред. В.И. Данилов-Данильян. — М.: ООО «Изд-во „Энциклопедия“», 2010. — Т. 2. Г-И. — С. 22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]