Rauf Mehtiyev

Rauf Məhi oğlu Mehtiyev (25 dekabr 1983, Ağdam – 12 mart 2023) — komissiya sədri, aktivist və filantrop[1][2]

Rauf Mehtiyev
Mehtiyev Rauf Məhi oğlu
Doğum tarixi
Doğum yeri Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (39 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Məhi Mehtiyev
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Rauf Mehtiyev 25 dekabr 1983-cü ildə Ağdam rayonunun Novruzlu kəndində doğulub.[3][4]

Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman M. Rüstəmov adına 32 nömrəli tam orta məktəbi bitirib. 2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Plan-İqtisad Texnikumunun hüquqşünaslıq üzrə tam kursunu bitirib və kiçik mütəxəssis ixtisası verilib.[5] Bakalavr təhsilini "Beynəlxalq hüquq" ixtisası üzrə 2006-cı ildə başa çatdırıb.

2006–2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətdə olub. Hərbi xidməti müddətində çavuş rütbəsi alıb.[6]

Ailəlidir, 2 övladı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

2003–2005-ci illərdə 18 saylı Dövlət Seçki Komitəsinin 22 saylı Məntəqə Seçki Komissiyasında katib vəzifəsində, 2005–2009-cu ildə isə sədr vəzifəsində çalışıb.[7]

2007–2019-cu illərdə Azərbaycan Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Nizami rayonu Komitəsində təlimatçı vəzifəsində çalışıb.

2011-ci ildən etibarən "Bizim Prezident" ictimai-siyasi jurnalında xüsusi müxbir kimi fəaliyyət göstərib.[8]

2019-cu ildə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətində stajçı kimi fəaliyyətə başlayıb və İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə təyin edilib.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hüquqşünas vəzifəsində çalışıb.

2020-ci ildə daimi dövlət qulluğuna qəbul edilib və Nizami rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib. 1 avqust 2020-ci il tarixdə "Kiçik dövlət qulluqçusu" ixtisas dərəcəsi verilib.

2021-ci il 25 yanvar tarixində "Dövlət qulluğu haqqında" Qanunun müvafiq bəndinə əsasən Nizami rayonu icra başçısının köməkçisi vəzifəsinə təyin edilib.

1 sentyabr 2022-ci il tarixdə "3-cü dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi verilib.[9]

İctimai-siyasi və humanitar fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Çalışdığı dövrlərdə Rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı insanlara dəstək və yardım göstərilməsi istiqamətində müxtəlif işlər görüb.[10]

İkinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanların dəfn mərasimlərində şəxsən iştirak edən Rauf Mehtiyev onların ailələri ilə daim yaxından maraqlanıb. Dəfələrlə Rauf Mehtiyev tərəfindən şəhid ailələri və qazilərin ailə üzvləri ilə görüşlər təşkil edilib, onların problemləri dinlənilib. Rayonun ictimai həyatında daim aktiv fəaliyyət göstərən R. Mehtiyevin təşkilatçılığı ilə şəhidlər üçün xatirə abidəsi, bulaqlar açılıb. Açılış mərasimlərində şəxsən iştirak edib və ailələrə hər zaman dəstək olub.

Azərbaycan Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Nizami rayon Komitəsində çalışdığı dövrlərdə idman oyunlarının təşkili və idarə olunmasında böyük rolu olub. Rauf Mehtiyevin təşkilatçılığı ilə müxtəlif kateqoriyalarda yarışlar, turnirlər həyata keçirilib. Rauf Mehtiyevin iştirakı ilə 3 dekabr 2019-cu il tarixində "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə könüllülərlə birgə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkilib, problemləri dinlənilib, yardım sovqatları paylanılıb. Covid-19 pandemiyası zamanı xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan yaşı 65-dən yuxarı olan tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə yardım göstərilməsi üçün bütün lazımi işlərin təşkilini həyata keçirib.[11]

Mükafatları və təltifləri[redaktə | mənbəni redaktə et]

4–5 avqust 2005-ci il tarixində "The International Republican İnstitute" və "United States for International Development" tərəfindən təşkil olunan "Basic Political Campaigning" adlı seminarda iştirak edərək beynəlxalq sertifikat alıb.[12]

10.11.2007-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən "YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə" fəxri fərmanla təltif edilib.

2016-cı ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı İctimai Birliyi tərəfindən "Rayon sakinlərinə, əmək və Qarabağ müharibəsi veteranlarına mütəmadi olaraq göstərdiyi daimi diqqət və qayğıya görə" fəxri fərmanla təltif edilib.[12]

Rauf Mehtiyevin İkinci Qarabağ müharibəsində və müharibədən sonrakı dövrlərdə şəhid və qazi ailələrinə göstərdiyi qayğı və diqqət nəzərə alınaraq Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən 11.10.2021-ci il tarixdə "Vətənpərvərlik işində xidmətlərinə görə" medalı ilə təltif olunub.

2021-ci il tarixdə "Bizim Prezident" ictimai-siyasi jurnalının keçirdiyi sorğuya əsasən ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsində və təbliğində, İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsində, milli qürurumuzun müdafiəsində arxa cəbhədə fəal iştirakına görə "Zəfər Bayrağı" media mükafatına layiq görülüb.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]