Rauf Qərib Alagöz (əsl adı: Rauf Mübariz oğlu Alagözov; 26 oktyabr 1982, Ərcivan-Sarvan, Kvemo-Kartli) – Azərbaycan nasiri, şair və bəstəkarı. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
Rauf Alagözov | |
---|---|
Təxəllüsü | Rauf Qərib Alagöz |
Doğum tarixi | 26 oktyabr 1982 (42 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | nasir, şair, bəstəkar |
Əsərlərinin dili | Azərbaycan dili, türk dili |
Üzvlüyü |
Rauf Mübariz oğlu Alagözov[1] 26 oktyabr 1982-ci ildə indiki Gürcüstanın Kvemo-Kartli diyarının Dağ-Sarvan kəndində anadan olmuşdur.[2] V sinifə qədər həmin kəndin orta məktəbində, daha sonra isə Bakı şəhər, Sabunçu rayonu, 192 saylı tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 2002–2006-cı illər İstanbulda yaşamış,[1] Bakıya qayıtdıqdan sonra Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir.[2] Ədəbi fəalliyyətə bir sıra qəzet və jurnallarda çap olunmaqla başlayan Alagöz daha sonra Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə qəbul olunmuş,[3] Yazıçılar Birliyinin xətti ilə Prezident Təqaüdünə layiq görülmüşdür.[4] Onlara şeirinə mahnılar bəstələnən şairin "Dəli Afət",[5] "Maqnum Arzusu",[6] "Axirətdən gələn zəng" və s. hekayələri oxucular tərəfindən rəğbət görmüşdür. Alagöz eyni zamanda onlarla mahnının da söz və musiqi müəllifidir ("Zəfər Marşı", "Can Şəhidim", "Qarabağ FK Marşı", "Türke Zafer Yakışır" və s.). Şairin 2 kitabı işıq üzü görmüşdür. Ailəlidir, bir oğlu, bir qızı var.