Tetrakain və ya dikain ― yerli anestetiklər qrupuna aid farmakoloji preparat.[1]
Tetrakain | |
---|---|
Ümumi | |
Sistematik adı | 2-(demietilamino)etil-4-(butilamino)benzoat |
Ənənəvi adı | dikain, ametop və s. |
Kimyəvi formulu | C15H24N2O2 |
Molyar kütlə | 264,369 q/mol q/mol |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | Əsaslar: 94-24-6, hidroxlorid: 136-47-0 |
PubChem | 5411 |
SMILES | O=C(OCCN(C)C)c1ccc(NCCCC)cc1 |
ChEBI | 9468 |
ChemSpider | 5218 |
Tetrakain kimyəvi quruluşuna görə parabutilaminobenzoy turşusu törəməsidir. Molekulunda efir rabitəsi olan yerli anestetiklərdəndir.[1]
Tetrakain güclü anesteziyaedici aktivliyə malik preparat olub, təsir gücünə görə kokaindən təxminən 10 dəfə qüvvətlidir. Lakin kokaindən 2–5, prokaindən 10 dəfə artıq toksiki təsirə malikdir.
Səthi anesteziyada istifadə olunur. Təyin yolundan asılı olmayaraq selikli qişalardan yaxşı sorulur, bu səbəbdən preparatdan istifadə zamanı intoksikasiya halının baş vermə ehtimalının qarşısını almaq məqsədilə preparatdan istifadə zamanı dozalanmaya ciddi fikir verilməlidir. Kokaindən fərqli olaraq göz bəbəyini genişləndirmir, akkomodasiya və gözdaxili təzyiqə praktik olaraq təsir göstərmir. Preparatın damargenişləndirici təsiri olduğuna görə adrenomimetiklərlə birlikdə istifadəsi tövsiyə olunur.[1]
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |