Qeysər kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz qeysər kəsiyi ilə dünyaya gəlmişdir.
Qeysər kəsiyi | |
---|---|
| |
| |
XBT-10 | 082 |
XBT-9 | 763.4 |
MeSH | D002585 |
MedlinePlus | 002911 |
Vikianbarda əlaqəli mediafayllar |
Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur.
Bu fərziyələrə baxmayaraq bu müdaxilənin hökmdarla ya sezarla əlaqəli olduğu söylənməkdədir. (ing. Caesarean section, alm. Kaiserschnitt və s.)
İlk dəfə uğurlu qeysər kəsiyi əməliyyatı XV əsrdə donuz axtalayan Jakob Nufer adlı isveçrəli tərəfindən Turqau kantonunda icra edilmişdir. Beləki müdaxilədən sonra həyat yoldaşı və uşaq nəinki sağ qalmışlar, sonrakı ildə həyat yoldaşı təzədən hamilə qalaraq təbii yolla dünyaya ekiz uşaq gətirmişdir. 21 aprel 1610 cu ildə Almaniyada Yeremias Trautman icra edilmiş, 1769 ildə Yaxim Fridrix Henkel tərəfindən qeysər əməliyyatı ağ xətt kəsiyi ilə icra edilmişdir. XIX əsrə qədər əksər hallarda dölün ya ananın daxili qanaxma və infeksiya nəticəsində ölümü ilə nəticələnən qeysər kəsiyi müdaxiləsi qadınlar üçün dəhşət vizyonu olaraq qalırdı. İlk dəfə italyan cərrahı Eduardo Parro (1842—1902) 1876 ildə Paduada qeysər kəsiyi müdaxiləsində uşaqlığın da eyni zamanda kəsilib götürülməsini icra etməklə ana ölüm faizinin azaldılmasına öz töhfəsini vermiş olur. 25 sentyabr 1881 ildə Ferdinand Adolf Kehler ilk dəfə olaraq indiki zamanda tətbiq edilən köndələn kəsiklə qeysər müdaxiləsini icra etmişdir. Bu zaman qarın və uşaqlıq həməşəki kimi boylama deyil köndələn kəsiklə icra edilmişdir. 1895 ildə Alfred Dürssen vaginal qeysər kəsiyi əməliyyatını icra etmişdir.[2]
Əməliyyat texnikasının təkmilləşməsi, aseptik qaydaların və antibiotik tətbiqi, hemostazların (qnaxmanın dayandırılması), eyni zamanda qanköçürmə və müvafiq anesteziya tədbirləri qeysər kəsiyi müdaxiləsi zamanı ana ölümünün kəskin azalmasına, 80%-dən 0,04%-ə enməsinə səbəb olmuşdur. Günümüzdə qeysər kəsiyi müdaxiləsi təbii doğuşla rəqabət səviyyəsinə gəlib çıxmışdır. Könüllü ya arzuedilən sezar kəsiyi əməliyyatlarının sayı getdikcə artmaqdadır.
Bura bu və digər səbəblərdən hamiləliyin doğuşla bitməsinə maneə törədilərsə sezar kəsiyi müdaxiləsi doğuş tarixinə müvafiq planlaşdırılır. Bura hamilə qadının istəyi ilə təyin olunan arzuedilən sezar kəsiyi müdaxilələri də aid edilir.
Planlı qeysər kəsiyinə göstərişlər:
Doğuş zaman ananın və dölün həyatına təhlükə yarandıqda doğuşu mütləq qeysər kəsiyi müdaxiləsi ilə sona yetirmək vacibdir. Buna səbəb aşağıdakılardır:
Qeysər kəsiyi cərrahi müdaxiləsi həm regional beləki, spinal və peridural anesteziya həm də ümumi intubasion narkozla icra edilir.[3] Anesteziya növünün seçilməsi bir çox amillərdən: əməliyyatın planlaşdırılmasından, hamilənin psixi-emosional durumundan və mütləq əks göstərişlərdən: qaın laxtalanma patologiyalarından, hamiləlik toksikozlarının ağırlıq dərəcəsindən, müəyyən ürək xəstəliklərindən asılıdır. Normal gedişli hamiləlik dövrü keçırən və əks göstərişə səbəb ola biləcək patologiyasız pasientlər üçün ən məğbul regional: spinal və peridural anesteziya metodları sayılır. Anestezioloq adətən bu cür pasientlərə regional anesteziyanın ümumi narkozdan üstün olduğunu inandırmağa çalışmalıdır ki, hamilə qadın kortəbi ümumi narkoz metodunu seçməkdən vaz keçsin.
Planlı, bir oqədər də təcili olmayan qeysər kəsiyi müdaxilərində (mütləq əks göstərişlə yoxdursa) spinal ya peridural anesteziya ən məğbul metodlar sayılır. Bu zaman hamilə qadının ayıq qalması onu əməliyyatın iştirakçısına çevirərək adi doğuş atmasferi yaratmış olur. Bu zaman dünyaya gələcək körpənin atası və ya hamilənin yaxınlarından birinin əməliyyat otağının intizamına müvafiq pasientin müşayiət etməsi, yenidoğulmuşun adi doğuşdakı kimi ana tərəfindən qucağına alaraq oxşaması mümkündür.[4] Anesteziya üçün istifadə olunan preparatın dölə (tənəffüs depressiyası) və anaya mənfi təsirləri olmur. Bəzən anada qeyd olunan hipotoniya və bradikardiya kimi halları müvafiq preparatlarla asandlıqla aradan qaldırmaq mümkündür. Adətən peridural anesteziya doğuşa kömək məqsədilə ağrı və sancıları aradan qaldırmaq məqsədilə tətbiq edilir. Bu zaman doğuşun qeysər kəsiyi ilə bitirilməsi labüb olarsa peridural boşluğa qoyulmuş kateter vasitəsilə yerli keyləşdirici preparatın bir qədər artıq %-li məhlulu yeridilərək spinal anesteziyanın effektini əldə etmək mümkündür. Qeysər kəsiyi müdaxiləsi üçün spinal anesteziyanın aparılma sxemi:[5]
Qeysər kəsiyi əməliyyatının ümumi intubasion narkoz altında icra edilməsinə demək olar ki heç bir mütləq əks göstəriş yoxdur, lakin ümumi narkozun xüsusən də hamilə qadınlarda səbəb ola biləcəyi fəsadlar çox ciddi və ağır hesab olunur. Ümumi narkoz zamanı baş vrə biləcək ən ciddi fəsad aspirasiya sayılır. Hamilə qadınların qarın boşluğu təzyiqin uşaqlığın böyüməsi hesabına yüksək olması, giriş narkozunda aspirasiyaya: turş xassəli mədə möhtəviyyatının qida borusu ilə geri qayıdaraq tənəffüs yollarını tutmasına səbəb olur. Turş xassəli möhtəviyatın traxeya, bronx və alveola divarlarının selikli qişasını aşılaması tənəffüs çatışmamazlığı ilə nəticələnən Mendelson sindromunun meydana çıxmasına səbəb olur. Bu halın baş verməsi pasientin uzun müddətli süni tənəffüsdə saxlanılmasına, aspiration pnevmoniyanın inkişafına, ola bilsin ki, nəticə etibarılə ölümə səbəb ola bilər. Anestoloji praktikada aspirasiya ağır fəsad kimi qiymətləndirilməkdədir. Anestezioloq tərəfindən bu və digər fəsadların qarşısını almaq üçün metodoloji profilaktik tədbirlər heç də tam zəmanətli deyildir. Bu baxımdan həm də narkoz preparatlarının dölə depressiv təsiri baxımından ümumi intubasion narkoz keyfiyyətcə qeysər kəsiyi əməliyyatı üçün regional anesteziyadan qat-qat əksikdir. Qeysər kəsiyi müdaxiləsi üçün ümumi intubasion narkozun aparılma sxemi:[6]
Əməliyyat ıncəsi qasıq nahiyyəsi töklərdən azad edilir, və tam steril şəraitdə sidik kisəsinə daimi kateter qoyulur. Xəstə regionla anesteziya icra edildikdən sonra əməliyyat masasına uzadılır. Cərrahi metodologiyaya əsasən əməliyyat sahəsi dezinfeksiya edilərək steril materiallarla örtülür, bədənin yuxarı hissəsi xüsusi arakəsmə ilə əməliyyat sahəsindən izolə olunur. Ginekoloq-cərrah qasığın yuxarı kənarından qarının ön divarı üzərində üfüqi kəsik apararaq (xüsusi hallarda bu kəsik boylama istiqamətdə edilir), qarının ın divarının əzələlərini ya kəsməklə ya da küt şəkildə didməklə, sidik kisəsini kənara yığışdırmaqla qarın boşluğuna giriş əldə edir. Bundan sonra uşaqlığın boynundan bir qədər yuxarı kəsik apararaq, uşaqlıq qovucuğunu yarır və dərhal dölün xaric edilməsinə başlanılır. Dəri kəsiyindən dölün xaric edilməsinə qədər müddət 3-5 dəqiqə çəkir. Göbək ciyəsi sıçaclara götürülərək kəsilir. Sonra cərrah əl ilə cifti uşaqlıq divarından soyaraq xaric edir. Sonrakı mərhələdə (bəzi hallarda qarın boşluğuna drenaj boru qoyularaq) uşaqlıq, periton, əzələlər dərialtı toxuma və nəhayət dəri qat-qat tikilir. Bötön əməliyyat cəmi 20-40 dəqiqə çəkmiş olur. əməliyyat sonrakı dövrdə ilk olaraq drenaj kənarlaşdırılır, 5-6 gündən sonra (kosmetik tikişlər adətən sökülmür öz-özünə sorulur) dəri tikişləri sökülür.
Qeysər kəsiyi müdaxiləsi digər cərrahi mödaxilələr kimi də risk və fəsadlardan azad deyildir.