Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Digər dinlərlə əlaqələr
|
Rekonstruktiv yəhudilik (ivr. יהדות רקונסטרוקציוניסטית; Romanizasiya: yahadút rekonstruktsyonistit) ya da (ivr. יהדות מתחדשת; Romanizasiya: yahadút mitkhadéshet) Mordecai Kaplan tərəfindən yaradılmışdır. Bunlar daha əvvəllər mühafizəkar Yəhudilik içində iştirak etmişlər. Zamanla Kaplanın fikirləri digər Yəhudi məzhəblərinə də təsir etmişdir.
Hərəkatın qurucusuna görə Yəhudilər də digər millətlər kimi bir millətdir. “Seçilmişlik” xüsusiyyəti yoxdur. Allah Yəhudiləri deyil, Yəhudilər Allaha seçmişlər. Bunlar yenidən dirilməyi və axirəti rədd edərlər. Tövrat Tanrı vəhyi deyil. İsrailoğullarının tarix boyunca meydana gətirdikləri bir əsərdir. Məsihilik deyə bir anlayış yoxdur. Sinaqoqlarda qadın-kişi yan-yana ibadət edə bilər. Rekonstruktiv yəhudilərə görə qadınlar da xaxam ola bilər.[1]
İslahedilmiş Yəhudilik XIX əsrin əvvəllərində Almaniyada yaranmışdır. İslahedilmiş Yəhudiliyin də tərəfdarları dünyanın hər yerində, yəhudilərin yaşadığı ölkələrdə vardır. Azərbaycanda onlar “Əskinazi yəhudiləri” adı altında tanınırlar. Ortodoksal yəhudilikdən fərqli olaraq islaholunmuş yəhudilikdə mərasimlərin keçirilməsi qaydası islah edilmişdir. Bu dəyişikliklər aşağıdakılardan ibarətdir:
1) ravvinlərin mərasim geyimlərini adi vətəndaş geyimləri ilə əvəz edilmiş;
2) mərasimlər zamanı ibadətlər ortodoks yəhudilikdə olduğu kimi ivrit dilində deyil, yerli dillərdə (İngiltərədə ingilis, Fransada fransız) keçirilir;
3) ortodoksal yəhudilikdə ravvin olmaq hüququ yalnız kişilərə məxsusdursa, İslahedilmiş Yəhudilikdə bu vəzifəni qadınlar da daşımaq hüququna malikdirlər.[2]