Renat Salavat oğlu Salavatov (tatar. Ренат Салават улы Салаватов, 5 noyabr 1949-cu il, Çimkənd, Qazaxıstan SSR, SSRİ) — SSRİ dirijoru, bəstəkarı. Tatarıstanın xalq artisti və Qazaxıstanın əməkdar mədəniyyət xadimi,[2] Rusiya Federasiyasının əməkdar artisti (2010). Musa Cəlil adına Tatarıstan Opera və Balet Teatrının baş dirijoru (2003-cü ildən).
Renat Salavat oğlu Salavatov | |
---|---|
tatar. Ренат Салават улы Салаватов | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çimkənd, Qazaxıstan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ Rusiya |
Milliyyəti | tatar |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, bəstəkar |
Fəaliyyət illəri | 1974-dən bu günədək |
Janr | klassik |
Təhsili |
Sankt-Peterburq Dövlət Konservatoriyası[1] Moskva Dövlət Konservatoriyası |
Mükafatları |
"Dostluq" ordeni "Kurmet" ordeni "Dostluq ordeni" Rusiya Federasiyasının əməkdar artisti Tatarıstanın xalq artisti Kazaxıstanın əməkdar mədəniyyət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
Renat Salavatov oğlu Salavatov 5 noyabr 1949-cu ildə Qazaxıstan SSR-in Çimkənd şəhərində anadan olub. 1969-cu ildə Moskva Mərkəzi Musiqi Məktəbinin violonçel (müəllim Alla Evgenievna Vasilieva),[3] 1974-cü ildə Leninqrad Dövlət Konservatoriyasının (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) simfonik dirijorluq fakültəsini bitirmişdir. Konservatoriyada onun müəllimləri professorlar K.A.Simeonov və İ.A.Musin idilər. Orduda xidmətdən sonra təhsilini professor L.M.Qinzburgun kursunda P.İ.Çaykovski adına Moskva Konservatoriyasının aspiranturasında davam etdirmişdir.
1979-cu ildə aspiranturanı bitirdikdən sonra Kazan şəhərindəki Tatarıstan Dövlət Filarmoniyasının simfonik orkestrinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. 1985-ci ildə Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə dəvət edildi. Dörd il sonra Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru oldu. 1989-1990-cı illərdə Mariinski Teatrının dirijoru işləmişdir. SSRİ-nin dağılmasından sonra Almaniyaya işləməyə getmiş, 1990-1995-ci illərdə Münhendəki Bavariya Milli Baletinin pianoçusu və dirijoru kimi çalışmışdır. Sonrakı altı il ərzində İsveç Kral Opera Teatrının dirijoru olaraq işləmişdir. İsveç teatrının səhnəsində Don Kixot, Şelkunçik, Per Günt, Fröken Yuliya, Jizel və s. tamaşalara dirijorluq etmişdir. Müxtəlif vaxtlarda İngiltərə Milli Opera, Nyu York Metropolitan Opera, Böyük Teatr və s. səhnələrində dirijor olmuşdur.[4]
2000-ci ildə Mariinski Teatrında Renat Salavatov J.Massnenin "Mannon" (xor K.Makmillan) və İ.Stravinskinin "Petruşka" (xor M.Fokin) baletlərini səhnələşdirmişdir. 2001-ci ildən yenidən Qazaxıstan Opera Teatrının baş dirijoru, 2003-cü ildən Musa Cəlil adına Tatar Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışır.[5]
Yevgeni Fyodoroviç Svetlanovu müəllim kimi qəbul edir. Onunla İsveç Kral Operasında işləyərkən Stokholmda tanış olmuşdur. O illərdə Y.Svetlanov İsveç Radio Orkestrinin rəhbəri idi.
Renat Salavat oğlu Salavatov ailəlidir, uşaqları və nəvələri. Ailəsi İsveçdə yaşayır.