1951-ci ildə “Republic Aviation” firması F-84F təyyarəsinin yerini alacaq supersonik taktiki bombardman təyyarəsi üstündə işləməyə başladı. Bunun nəticəsi olaraq F-105 “Thunderchief”, daha sonralar “Thud” olaraq adlandırılacaq təyyarə dünyaya gəldi. İlk prototip YF-105A 22 oktyabr 1955-ci ildə uçdu, fəqət ilk F-105D modelinin uçuşu 9 iyul 1959-cu ildə olmuşdur. F-105 qırıcı-bombardmançı hərbi təyyarəsi bir adamlıq “B” və “D” versiyası, və iki adamlıq “F” modellərində istehsal edilmişdirlər. Daha sonralar bəzi “F” modelləri F-105G olaraq modifikasiya edildilər. 610 ədəd F-105D modeli də, daxil olmaqla ümumi olaraq 833 ədəd F-105 “Thunderchief” istehsal edilmişdir.
Republic F-105 Thunderchief | |
---|---|
Tipi | Döyüşçü-bombardmançı təyyarə |
İlk uçuş | 22 oktyabr 1955 |
İstimarının bitmə tarixi | 25 fevral 1984 |
İstismarçılar | |
Buraxılış sayı | 833 |
Vikianbarda əlaqəli mediafayllar |
F-105D İkinci dünya müharibəsi dövründə istifadə edilmiş olan B-17 təyyarələrindən daha artıq bomba daşımağa qadir idi. 3600 kq-ı gövdə daxilində olmaqla 5500 kq ağırlığında strateji yük daşıya bilirdi. F-105D modelləri çox geniş şəkildə Vyetnam müharibəsi zamanı istifadə edilmiş və müharibənin ilk dörd ilində hava hücumlarının 75%-ini həyata keçirmişdir. SSRİ mənşəli MiQ-17 və MiQ-21 qırıcılarının qarşısında “asan” bir rəqib kimi görünmək ilə bərabər bu təyyarənin hava döyüşləri üçün deyil, taktiki bombardman üçün yaradılmış olması fikri gündəmə gəlir.
ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) qitələrarası müharibəyə və ABŞ-nin qitələrarası müdafiyəyə önəm verməsi önləmə təyyarələrinə seçməsinə və hava döyüşləri aparmağa qadir olan təyyarələrə önəm verməməsinə səbəb oldu. MiG şirkətinin istehsal etdiyi döyüş təyyarələrinin hava döyüşlərindəki üstünlüyü qarşısında, Lockheed F-104 Starfighter təyyarələri də manevr qabiliyyəti nöqteyi-nəzərindən kifayət qədər uğurlu olmadığından USAF təyyarə axtarışına başlamış, donanmada xidmət edən F4H modelini (əvvəl F-110 sonra F-4 ) tapmışdı. Bu günün F-15, F-16 kimi təyyarələri bu acı təcrübələrdən dərs çıxardılaraq dizayn edilmişdir.
Son F-104D modeli USAF arsenalından 12 iyul 1980-ci ildə azad edilmişdir.
Ekipaj: 1