Reiki (yap. 霊気) — XX əsrin əvvəllərində Yaponiyada meydana gələn, enerji yüklənməsi əsasında ruhi şəfa verməyə qadir bir sistemdir. "Rei "hər yerdə var olan" ki "ruhi yaşam enerjisi" anlamına gəlir. Qərb dünyasına "bəşəri yaşam enerjisi" olaraq təcümə edilmişdir. Reiki heç bir dinə bağlı olmayan, asanlıqla tətbiq edilə bilən, zərərsiz bir üsuldur.[1]
Qaynağının Tibet hesab olunan Reiki XIX əsrdə bir Yapon Buddisti, Yapon ali silkinin nümayəndəsi, samuray Dr. Mikao Usui tərəfindən yaradılmış, şəfaverici bir sistem şəklində təklif olunmuşdur.
Mikao Usuinin ölümündən sonra qoyulan abidədə yazılanlara görə, Reikinin təməlini təşkil edən enerjinin qaynağı - onun Kurama dağında 21 günlük zikrə çəkildiyi zaman gəlmişdir. Mikao Usui 1922-ci ildə bu enerji ilə işləyən şəfa texnikasını tətbiq etmək üçün Tokioda bir klinika açmışdır. Bu klinikada Usui yalnız şəfa verməklə məşğul olmamış, bir çox insanlara Reikini tətbiq etməyi də öyrətmişdir. 1923-cü ildə Yaponiyada meydana gələn Kanto zəlzələləri zamanı Dr. Usui kömək işləri yanında yeni klinikalar qurmuş, ölkənin digər bölgələrinə gedərək Reikini tanıtmış və tətbiq etmişdir. Mikao Usui bu səyahətlərin birində 62 yaşında vəfat etmişdir.
Mikao Usui Reiki şəfa sistemini tətbiq etmək üçün qurduğu sistemə "Usui Reiki Ryoho Gakkai" adını vermiş və hal-hazırda istifadə olunan məhz bu sistemdir. Bununla yanaşı, çağdaş tədqiqatçılar Yapon mədəniyyətinin gizliliyi səbəbi ilə bu sistemin tədqiqatı və tətbiq üsulları haqqında geniş informasiya əldə etməkdə çətinlik çəkirlər. Lakin son dövrlərdə Mikao Usuinin çalışmalarının original nüsxələri tapılmış, Qərb aləmində də bu "ruhi şəfa sistemi" geniş yayılmışdır.
Usuidən sonra Reikinin varisi onun ən qabaqcıl tələbələrindən olan Fizika üzrə Professor Çjuro Hayaşi bu sistemi Havaiyə aparmış, bir tələbəsinə bu sistemin müəllimliyi hüququnu vermişdir. Həmin bu tələbənin hesabına Reiki Qərbi Avropaya gəlmiş, 70-ci illərdə 20 nəfər daha Reiki ustadı, müəllimi yetişmişdir. Qərbi Avropada isə Reikinin daha geniş yayılması və tətbiqi məhz həmin 20 tələbənin adı ilə bağlıdır.[2]
Reiki fiziki, ruhi və zehni narahatlıqların hər birində tətbiq olunur. İnanca görə, Reiki bədəndə meydana gələn enerji mübadiləsi problemləri və neqativ enerji bloklarını yox etmək üçün yetərsiz və ya əskik olan enerjini tənzimləyərək, şüur dəyişkənliyi yolu ilə insanda ruhi-fiziki problemləri həll edir. Lakin Reikidə işlədilən bir sıra terminlər elm tərəfindən isbat edilə bilmədiyi üçün qəbul edilməmişdir. Ancaq laboratoriya şəraitində aparılan təcrübələrdə Reikinin tətbiq edildiyi pasientlər digərlərindən fərqli olaraq daha tez sağalmışdır. Reiki bir çox xəstəliklərdə tibbi müalicəni tamamlayır, zehni və bədənlə əlaqədar gərginliklərdən xilas olmağı təmin edir. Sağlıq və şəxsi inkişaf sahəsində pozitiv təsirlər göstərdiyi bu sistemi tətbiq edənlər və şəfa alanlar tərəfindən irəli sürülməkdədir.
Reiki hal-hazırda dünyada 2 milyon insan tərəfindən istidadə edilməkdədir. Dünyada bir sıra xəstəxanalar Reikini tamamlayıcı müalicə olaraq qəbul etməkdədir. Reikinin bəşəri enerji olduğu, heç kimin inhisarında olmadığı, Reiki ilə hər kəsin özü özünün şəfa vericisi olacağı Reiki ustadları tərəfindən iddia edilir.
Reiki bir Reiki masterin öz tələbəsinə Reikini işlətmə qabiliyyətini transfer etməsi ilə baş verir. Reiki seminarında iştirak edən tələbə enerjini, enerjinin işləmə sistemini və Reiki haqqında vacib teoriyaları öyrəndikdən sonra Reiki master tərəfindən işlətmə hüququ alır və Reikini tətbiq etmək bacarığına sahib olur. Reikinin öyrənilməsi çox asan olduğu üçün bu seminar 2, hətta 1 gün belə çəkə bilər.
Reiki qaydalarına görə bir şəxsin Reiki tətbiq hüququ aldıqdan sonra enerjinin əllərdən keçirdilərək ötürülməsi üsulu ilə həyata keçirilir. Enerjini tətbiq edən şəxs onun ötürülməsini tətbiq zamanı əllərin soyuması, isinməsi və ya qıcıqlanması ilə müşahidə edə bilər. Reikinin öz üsulu vardır, belə ki, siz nə üçün enerji ötürsəniz, enerji ən çox ehtiyac duyulan hissəyə doğru istiqamət tutur. Bu sistemin özəlliklərindən biri də budur ki, bu sistemi tətbiq etmək üçün inanmaq şərt deyildir. Reiki masterlər tərəfindən Reikini tətbiq edən şəxsin ona inanıb-inanmamağından asılı olmayaraq işlədiyi iddia edilir. Reiki bir dəfə əldə edilir, insanın yaşamı boyu işləyir.
Reikinin Amerika, Avropa və Yaponiyada şəfa mərkəzləri hal-hazırda fəaliyyət göstərməkdədir.
Reikinin 5 əsas prinsipi vardır:
Reikinin tətbiq edilməsi üçün onun simvollarından istifadə olunur. Reikinin 16 simvolu olsa da onların içində 5 əsas simvol vardır. Simvollar enerji ötürüləcək hissəyə xəyali olaraq çəkilir, daha sonra əllər vasitəsilə enerji ötürülməsinə başlanılır. Simvollar bir-birindən müxtəlif xüsusiyyətləri, funksiyalarına görə fərqlənirlər. Reiki simvollarının hər birindən istifadə hüququ isə yalnız Reiki masterə (müəllimə) məxsusdur. Reiki simvolların bir xüsusiyyəti də budur ki, onların çəkilmiş forması xüsusi formada olmalıdır, əgər simvolun çəkiliş ardıcıllığı pozularsa bu düzgün qəbul edilmir.
Reikinin əsas simvolları:
Reikinin tətbiq hüququnu almaq 3 mərhələdən keçir:
İlk dəfə Reikini Azərbaycana İnduizm dininə sitayiş edən azərbaycanlılar gətirib, lakin fəaliyyətləri və tətbiqləri yetərincə keyfiyyətli olmayıb.Ermənistan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda rəsmi Reiki mərkəzi olmayan yeganə ölkə Azərbaycandır. Lakin hazırda Azərbaycanda Reiki mərkəz olmasa da təxminən 100-ə yaxın Reiki master (müəllim) və onların bu sistemi öyrətdikləri tələbələr vardır. Həmin Reiki masterlər Azərbaycanda Reiki mərkəzin yaranması ilə bağlı müəyyən cəhdlər edir.
Reiki ABŞ-da bir sıra xəstəxanalarda hal-hazırda tətbiq olunmaqdadır.