Qırmızı qarağat (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Qırmızı qarağat | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qırmızı qarağat |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır.
Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir.
Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır.
Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.
Yeyinti sənayesində marmelad, jele, kisel, cem, meyvə şirələri və digər konserv məmulatlarının istehsalında istifadə edilir. Qırmızı qarağatın giləmeyvələrində C vitamini vardır, mürəbbə hazırlanmasında da istifadə edilir. Meyvələrinin müalicəvi-dietik qidalanmada böyük əhəmiyyəti vardır. Onların tərkibində şəkər, üzvi turşular, mineral duzlar, giləmeyvələrində pektin maddələri vardır. Xalq təbabətində giləmeyvələri qədimdən zökəmə, qan dövranının bərpasında, baş ağrısında və yaraların sağaldılmasında istifadə edilir. Qırmızı qarağatın şirəsi soyuqdəymə xəstəliklərinə qarşı yaxşı vasitə hesab olunur.