Ritsa Sərt Təbiət Qoruğu ― Abxaziyanın Qudat rayonun qoruq.[1][2] Qoruğun əsas məqsədi Ritsa gölü və ətrafındakı dağlıq ərazinin flora və faunasını qorumaqdır.[3]
Ritsa Sərt Təbiət Qoruğu | |
---|---|
Sahəsi |
|
Yaradılma tarixi | 1930 |
Yerləşməsi | |
43°28′14″ şm. e. 40°34′45″ ş. u.HGYO | |
Ölkə | |
ritsa-park.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
20-ci əsrdə ərazidəki faktiki nəzarət tez-tez dəyişmişdir. 1930-cu ildə Rusiya Federasiyası ərazidə Ritsinskiy qoruğunu yaratdı. 1991-ci ildə Gürcüstan müstəqilliyini bərpa etdikdə qoruğun ərazisi genişləndirildi və müasir RitsaTəbiət Qoruğu yaradıldı. Abxaziya-Gürcüstan münaqişəsinin başlaması və sonrakı müharibə ilə faktiki nəzarət 1996-cı ildə burada Ritsinskiy Milli Parkını quran Abxaziya höümətinə keçmişdir.[4][5]
Ritsa Sərt Təbiət Qoruğu Abxaziyanın dağlıq hissəsində, Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefin dəniz səviyyəsindən 100 metr yüksəklikdən 3 256 min metr yüksəkliyə qədər kəskin fərqlənməsi bir çox bitki və heyvan növünün yaşaması üçün zəngin bir ekoloji şərait yaradır.[2] Parkdakı göllərdən ən böyüyü, ən gözəli və ən məşhuru Ritsa göldür. Ərazidə bir neçə şəlalə var və bunların arasında ən məşhuru 55 metr hündürlüyündəki Qeqskiy şəlaləsidir.
Parkdakı meşələrdə çox sayda Kolxida şümşadı, 70 metrdən çox hündürlüyə çatan ağ şam (Abies nordmanniana) və giləmeyvəli qaraçöhrə (Taxus baccata) kimi həmişəyaşıl ağac növləri mövcuddur.[6] Ərazidə Lilium kesselringianum,[4] Primula farinosa [7] kimi nadir endemik nümunələrlə birlikdə parkda geniş yayılmış zəngçiçəyi (Campanula) kimi bitki növlərinə də rast gəlinir.
Parkdakı məməlilərə Qafqaz nəcib maralı (Cervus elaphus maral), Qərbi Qafqaz dağ keçisi (Capra caucasica), Rupicapra, cüyür, çöl donuzu, Qafqaz çöl pişiyi (Felis silvestris caucasica), daşlıq dərəsi və Avropa adadovşanı daxildir.
Ərazi üçün 71-i nadir olmaqla 273-dən çox quş növü xarakterikdir. Parkda təxminən 100 quş növü yuva qurur və digərləri Şərqi Qara dəniz uçuş yolu boyunca parkdan keçir. Ərazidə berqut (Aquila chrysaetos), ağbaş kərkəs (Gyps fulvus), qara kərkəs (Aegypius monachus), qara qaratoyuq (Turdus merula), iri arıquşu (Parus major), Qafqaz uları (Tetraogallus caucasicus), Qafqaz tetrası (Lyrurus mlokosiewiczi), Serinus pusillus, Regulus regulus, Fringilla coelebs solomkoi kmi quş növlərinə rast gəlmək olar.
Parkda bundan başqa nadir qurbağa növləri olan Qafqaz xaçlıçası (Pelodytes caucasicus ) və Qafqaz quru qurbağası (Bufo verrucosissimus), həmçinin ərazi üçün endemik zolaqlı salanmadr (Ommatotriton vittatus) və daha çox yayılmış Qafqaz gürzəsi (Vipera kaznakovi) mövcuddur.