Qafqaz gürzəsi

Vipera kaznakovi (lat. Vipera kaznakovi) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinin əsl gürzə cinsinə aid heyvan növüdür. Qafqaz muzeyinin direktoru müavini Aleksandr Nikolayeviç Kaznakovun şərəfinə adlandırılmışdır.

Qafqaz gürzəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gürzənin uzunluğu 475 mm, dişilərdə — 600 mm təşkil edir. Quyruqları 7 — 8 sm olur. Başı kifayət qədər enli olur. Nadir hallarda bütünlüklə qara rəngli olanını görmək olar. Yuxarı hissəsi qara, boğazı ləkəsiz qara olur. Ümumilikdə isə qırmızı və narıncı rənglər üstünlük təşkil edir. Balalar isə qırmızı-qəhvəyi rəngdə olur. Erkəklər dişilərdən kiçik olur.

Böyük Qafqaz dağlarının cənub qərb ətəklərindən Abxaziya (Gürcüstan ərazisi), Acarıstan və Türkiyənin şimal şərqində rast gəlinir. Onları iki hissəyə bölmək olar: Şimali Kolxida və acar-lazistan.

Əsasən dağ və ön dağlıq meşələrdə, subalp və alp ərazilərində yayılırlar. Hündürlüyü 2500 m olan ərazilərdə görünürlər. 0,3 — 0,5 h ərazilərdə 4 baş ola bilir. Aktiv dövrləri mart - noyabr aylarıdır. Dərinliyi 2 metr olan çatların arasında qışlayırlar. Əsasən gəmiricilər, kərtənkələlər və quşlarla qidalanırlar. Zəhəri insan üçün təhlükəlidir.

  • «Земноводные и пресмыкающиеся СССР», А. Г. Банников, И. С. Даревский, А. К. Рустамов, изд. «Мысль», 1971
  • Qafqaz gürzəsi