Roçester Universiteti

Roçester Universiteti — Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində özəl tədqiqat universiteti.[3]

Roçester Universiteti
Xəritə
43°07′42″ şm. e. 77°37′42″ q. u.HGYO
Əsası qoyulub 1850
Tələbə sayı 11.741[1], 10.778[2]
Ölkə
Sayt rochester.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitet 1850-ci ildə təsis edilib və 1955-ci ildə Cenesi çayının yanında yerləşən indiki kampusuna köçürülmüşdür.

Təxminən 30,000 tam ştatlı işçisi olan universitet Nyu-Yorkda ən böyük özəl və bütün Nyu York ştatında yeddinci ən çox işçi qəbul edən müəssisədir.[4]

Universitet beş kampusda yerləşən yeddi məktəbdə 160 bakalavr və 30 magistr proqramı təklif edir.[5][6]

Roçester Universiteti ""R1: Doktorantura Universitetləri — Çox Yüksək Tədqiqat Fəaliyyəti" assosiasiyasının üzvüdür.[7][8]

Universitetin məzunları arasına 13 Nobel Mükafatı, 9 Milli Elm Medalı, 13 Pulitser Mükafatı, 45 Qremmi Mükafatı və 20 Guggenheim Təqaüdünün laureatları daxildir.[9]

Raş Rhis Kitabxanası
Raş Rhis Kitabxanasının böyük zalı

Roçester Universitetinin mənşəyi 1796-cı ildə əsası qoyulmuş Hamilton Baptist Kilsəsi (Nyu York) ilə əlaqələndirilir. Kilsə 1817-ci ildə Nyu York Ştatının Baptist Təhsili Cəmiyyətini yaratdı və Hamilton Ədəbi və İlahiyyat İnstitutu adlandırdı.[10] Bu institut Madison və Rochester Universitetlərinin təməlini qoydu.[11][12]

Roçester Universitetinin yeni nizamnaməsi 31 yanvar 1850-ci ildə Nyu-York Ştatının regentləri tərəfindən təltif edildi. Nizamnamədə universitetin beş il ərzində 100.000 ABŞ dolları məbləğində yardım alması və bundan sonra təsdiqlənməsi nəzərdə tutulurdu.[13][14]

Sonrakı 10 il ərzində kollec öz imkanlarını, tələbə kontingentini genişləndirməklə əhatə dairəsini böyütdü və gələcəyini təmin etdi.

Universitetə İlk qadın tələbələri 1900-cü ildə qəbul olundu.

Uilyam Rikerin rəhbərliyi altında universitetin Siyasi Elmlər Departamenti heç bir magistr proqramı olmayan 6 nəfərlik fakültədən ABŞ-ın ən maraqlı Siyasi elmləri kafedralarından birinə çevrildi. Riker yeni bakalavr proqramı yaratdı və aspirant hazırladı. Proqram Corciya Universitetinin professorları Keyt T. Poole və Prinston Hovard Rozentalın sözləri ilə desək, "Dünyada siyasi elmlər üzrə ən yaxşı doktorantura proqramı" idi. Berkli professorları Nelson Polbi və Erik Şiklerin fikrincə, Roçester professoru Riçard Fenno "Amerika millətinin yaranmasından sonrakı 200 ildən çox müddətdə ABŞ Konqresinin başa düşülməsinə hər hansı digər alimdən daha çox töhfə verir".[15]

2005-ci ildə 1,2 milyard dollarlıq kapital kampaniyası olan Meliora Şallengein özəl mərhələsi başladı.[16] Kampaniya öz məqsədinə 2015-ci ildə çatdı.[16]

2016-cı ildə universitet Meliora Şallengein 1,36 milyard dolları keçmək məqsədini aşdığını elan etdi. Bu fondlar 100-dən çox yeni lazım olan vəzifə və 400-ə yaxın yeni təqaüdü dəstəklədi.[17] Bu müddət ərzində universitet tikintinin yeni mərhələsinə başladı və nəticədə əhəmiyyətli sayda kampuslar və başqa binalar əlavə edildi.

Universitet həmçinin Tibb Mərkəzini genişləndirdi, yeni Uşaq Xəstəxanası, Xərçəng mərkəzi, Tədqiqat binası tikdi və Strong Xəstəxanasının Təcili Yardım şöbəsini artırdı.[18]

2021-ci ildə teatr proqramları, rəqs proqramları, konsertlər və digər tədbirlər üçün tikilən və İfa Sənəti İnstitutuna ev sahibliyi edən Sloan İfa Sənəti Mərkəzi açıldı.[19]

Vegmans Holl
Genese çayı

Roçester şəhərinin mərkəzindən təxminən 2 mil (3 km) cənubda Genese çayının ətrafında yerləşir. Əsas akademik binalar XX-ci əsr universitet memarlığının Yunan dirçəliş üslubunun nümunələridir. Şəhərcikdə yerləşən əsas bina Raş Rese kitabxanasıdır.

Roçester Tibb Mərkəzindəki Tibb və Stomatologiya Məktəbi

Roçester Universiteti Tibb Mərkəzi universitetin tibb təhsili və tədqiqatı üçün əsas kampus, eləcə də xəstələrə qulluq müəssisəsidir. Burada Biotibbi Elmlər İnstitutu və Klinik və Elmləri İnstitutu da daxil olmaqla müxtəlif tədqiqat mərkəzləri fəaliyyət göstəririr.

Eastman Musiqi məktəbi

[redaktə | mənbəni redaktə et]

Məktəb Roçester şəhərinin mərkəzində, tələbələr üçün iqamətgahda, sinif otağı və tamaşa zallarını, Roçester Filarmoniyasının Orkestrini və Eastman teatrınını özündə birləşdirən kampusdur. Kampusda həmçinin Şimali Amerikanın ən böyük akademik musiqi kitabxanası olan Sibley Musiqi Kitabxanası var.

Kampusa Lazer Energetikası Laboratoriyası, Energetika Nazirliyi tərəfindən maliyyələşdirilən Milli Laboratoriya Departamenti, Optika İstehsal Mərkəzi, Optoelektronika və Təsvir Mərkəzi və hazırda fəaliyyət göstərməyən Nüvə Strukturunun Tədqiqat Laboratoriyası daxildir.

Mount Hop kampusu

[redaktə | mənbəni redaktə et]
Memorial İncəsənət Qalereyası

Kampus universitetin rektoru və prorektorunun rəsmi iqamətgahı kimi xidmət göstərir.[20]

Memorial İncəsənət qalereyası

[redaktə | mənbəni redaktə et]

Memorial İncəsənət Qalereyası 1913-cü ildə Roçester Universitetinin bir hissəsi kimi yaradılmışdır.[21] Qalereya regionda vizual incəsənət fəaliyyəti üçün mərkəzdir və iki ildən bir keçirilən Roçester Finger Lakes Sərgisinə ev sahibliyi edir.

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]
Lattimor Holl

Roçester Universitetinin bakalavr pilləsinə qəbul ABŞ-ın hər yerindən və 115-dən çox ölkədən təxminən 6400 tam və 330 qiyabi tələbə qəbul edir[22] Magistraturaya qəbula təxminən 3,750 əyani və təxminən 1,600 qiyabi tələbə daxildir.[23]

İncəsənət, Elm və Mühəndislik kollecləri

[redaktə | mənbəni redaktə et]

Universitetə İncəsənət, Elmlər, Mühəndislik (İEM) və Tətbiqi Elmlər məktəbləri daxildir. İEM departamentləri və proqramları tərəfindən təmin edilən məzun hazırlığı proqramları universitet tərəfindən verilən fəlsəfə doktoru dərəcələrinin 60%-dan çoxunu təşkil edir. 19 şöbəsi, çox sayda proqramı, mərkəzləri və institutları ilə İncəsənət və Elmlər universitetin ən böyük məktəbidir.

1958-ci ildə yaradılmış Hajim Məktəbi müxtəlif proqramlar, şöbələr və institutlardan, o cümlədən Audio və musiqi mühəndisliyi, Biotibbi mühəndislik, Kimya mühəndisliyi, Kompüter elmləri, Elektrik və kompüter mühəndisliyi, Optika və Maşınqayırma İnstitutundan ibarətdir. Məktəb 2008-ci ildən bəri əhatə etdiyi bakalavr tələbələrinin sayını iki dəfə artırmışdır.[24] Məktəb 2009-cu ildə universitetə ​​30 milyon dollarlıq hədiyyədən sonra universitetin müvəkkili Edmund Hacimin adını daşıyır.[25]

Tibb və Stomatologiya Ali məktəbi

[redaktə | mənbəni redaktə et]
Strong Memorial Xəstəxanası

Tibb və Stomatologiya Ali məktəbi həm tədqiqat, həm də klinik proqramları olan tibbi və stomatoloji məktəbdir.

1921-ci ildə yaradılmış məktəb tam ştatlı professor-müəllim heyəti və Departament və Mərkəzdə təşkil olunmuş könüllü kliniki professor-müəllim heyətindən ibarətdir. Burada aspirant və doktoranturaya təyin olunmuş tələbələr hazırlaşır.[26]

Universitet Roçester Earl Medical Şolars proqramı ilə tanınır.[27] Proqramla qəbul kollecə qəbuldan ayrıdır və əlavə ərizə materialları və müsahibələr tələb edir.[28]

Stomatologiya məktəbi Eastman Ağız Sağlamlığı İnstitutu kimi tanınır. 1905-ci ildə Eastman Stomatoloji Mərkəzi olaraq yaradılmış, 1997-ci ildə universitetlə birləşmişdir.[29]

Tibb bacısı məktəbi

[redaktə | mənbəni redaktə et]

Tibb bacısı məktəbi Roçester Universitetinin Tibb Mərkəzinin kampusunda yerləşir.

  1. Integrated Postsecondary Education Data System. 1992.
  2. U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.). National Association of College and University Business Officers, 2023.
  3. "About the University of Rochester". rochester.edu. January 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 10, 2009.
  4. Gardner, Kent. "University of Rochester & Affiliates - New York State Economic Impact 2019". Center for Governmental Research. August 1, 2021. 9 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2022.
  5. "Academic Programs at the University of Rochester". University of Rochester (ingilis). 2023-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  6. "Academics at the University of Rochester". University of Rochester (ingilis). 2023-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  7. "University of Rochester". CARNEGIE CLASSIFICATION OF INSTITUTIONS OF HIGHER EDUCATION (ingilis). 2023-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  8. "University of Rochester | Association of American Universities". 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  9. "Arxivlənmiş surət". 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  10. "History". First Baptist Church (ingilis). December 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.
  11. "University of Rochester History: Chapter 2, Hamilton vs. Rochester: RBSCP". rbscp.lib.rochester.edu (ingilis). November 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.
  12. "Origins of Colgate University". Colgate University. December 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2018.
  13. "Arxivlənmiş surət". 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  14. https://web.archive.org/web/20171205143618/http://rbscp.lib.rochester.edu/2309
  15. "About Us". www.sas.rochester.edu (ingilis). 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  16. 1 2 "UR's campaign reaches $1.2 billion goal". Rochester Democrat and Chronicle (ingilis). 2018-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-16.
  17. "Meliora Challenge campaign exceeds expectations with historic $1.37 billion". NewsCenter (ingilis). 2016-07-07. December 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  18. "Medical Center of the University of Rochester". 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  19. "University of Rochester buys College Town for $51.5M, eyes better connections with campus". WXXI News (ingilis). 2023-07-28. 2023-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  20. "Rochester Review • University of Rochester". www.rochester.edu (ingilis). November 25, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.
  21. Elizabeth., Brayer. Magnum opus: the story of the Memorial Art Gallery, 1913-1988 (1st). Rochester, N.Y.: The Gallery. 1988. ISBN 978-0-918098-02-3. OCLC 18496839.
  22. Admissions, Undergraduate. "University Facts". Undergraduate Admissions (ingilis). 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.
  23. Admissions, Undergraduate. "University Facts". Undergraduate Admissions (ingilis). 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.
  24. "About the Hajim School". www.hajim.rochester.edu (ingilis). 2023-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  25. "Rochester's Engineering School Named for Edmund A. Hajim". 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
  26. "About the School - School of Medicine and Dentistry - University of Rochester Medical Center - University of Rochester Medical Center". www.urmc.rochester.edu. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  27. "Rochester Early Medical Scholars (REMS)". www.rochester.edu. 2023-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  28. Admissions, Undergraduate. "Rochester Early Medical Scholars (REMS)". Undergraduate Admissions (ingilis). 2023-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  29. "History of Eastman Dental - Eastman Institute of Oral Health - University of Rochester Medical Center". www.urmc.rochester.edu. 2017-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]