Rocer Kornberq (ingiliscə: Roger David Kornberg; 24 aprel 1947[2][3], Sent-Luis, Missuri[4]) — amerikalı biokimyaçı, kimya üzrə Nobel mükafatı laureatı (2006il). Stenford Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1993il).[5]
Rocer Kornberq | |
---|---|
ing. Roger David Kornberg | |
Doğum tarixi | 24 aprel 1947[2][3] (77 yaş) |
Doğum yeri | |
Elm sahələri | biokimya[1] |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
London Kral Cəmiyyətinin (2009 il) və Rusiya Elmlər Akademiyasının (2016 il) əcnəbi üzvü[6] olub.
Rocer Kornberq Tibb üzrə Nobel mükafatı laureatı Artur Kornberq və biokimyaçı Silvia Rut Levi ilə evliliyindən yəhudi ailəsində 24 aprel 1947-ci ildə anadan olub. 12 yaşlı Rocer 1959-cu ildə Stokholmda atasının Nobel mükafatı mərasimində iştirak edib.
1967-ci ildə Harvard Universitetini bakalavr dərəcəsi ilə bitirib, 1972-ci ildə Stenford Universitetində doktorluq dərəcəsi alıb. O, Böyük Britaniyanın Kembric Universitetinin laboratoriyasında tədqiqat işlərini aparıb. 1976-cı ildən Harvard Universitetinin hərbi tibb fakültəsində dosent vəzifəsində çalışıb. 1978-ci ildə Stenford Universitetinə professor kimi qayıdıb. 2006-cı ildə o, hüceyrələrin genetik məlumatı kopyalama mexanizminə dair araşdırmasına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Amerika İncəsənət və Elmlər Akademiyasının və EMBO-nun üzvüdür (2003 il).
26 aprel 2010-cu ildə məlum oldu ki, Rocer Kornberq Jores Alferov[7] ilə birlikdə "Skolkovo" innovasiya mərkəzinin (İnnograd) elmi-texniki şurasının həmsədri olacaq. 2011-ci ilin sentyabrında Rocer Kornberq innovasiya şəhərinin yaradılması layihəsinin nəticələrini yüksək qiymətləndirdi. Və öz düşüncələrini belə ifadə etdi: "Düşünürəm ki, biz çox böyük irəliləyiş əldə etmişik. Bu gün mən çox optimistəm və ümid edirəm ki, tezliklə yüksək nəticələr əldə edəcəyik."[8]
2016-cı ildə R. Kornberq Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərlə (GMO) mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı.[9][10][11]