Romanogobio ciscaucasicus

Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür.

Uzunbığlı qumlaqçı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Uzunbığlı qumlaqçı
Beynəlxalq elmi adı

Xarakterik morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur[2].

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur. Əksər fərdləri 2 yaşında, tək-tək fərdləri isə 1 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması kürü şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.

Azərbaycanda bir növü (Romanogobio ciscaucasicus) yayılmışdır. Yarımnövləri yoxdur. Azərbaycanın Şimal-Şərq hissəsindən axan çaylarda (Ağçay, Qaraçay, Vəlvələçay, Vələmirçay, Xurayçay, Telçay və s.) yayılmışdır.[3]

Sayı və limit faktorları

[redaktə | mənbəni redaktə et]

Su hövzələrinin çirklənməsi, çay yataqlarının qazılması, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen faktorlar.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çoxalma kürüləmə yolu ilə olur. Kürülərini hissə-hissə üç dəfəyə tökür. Kürüləməsi iyunun ortalarından başlayır avqustun sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü üç dəfəyə 1.3 minlə 8.8 min ədəd arasında olmaqla tökür. Reproduktivliyin periodu ildə bir dəfə. Generasiyaların sayı ömrün orta uzunluğundan asılı olaraq 1-2 dəfə olur.

Su cücülərinin sürfələri, xironomid sürfələri, su bitkiləri və detritlə qidalanır.

İnsan həyatına təsiri

[redaktə | mənbəni redaktə et]

Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verir.[4]

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar. III cild. Bakı: Elm, 2004, s.620
  3. Mustafayev N.C. Azərbaycanın daxili su hövzələrində yaşayan balıqların bioekoloji xüsusiyyətləri və vətəgə balıqlarının ehtiyatlarının müasir vəziyyəti // Zoologiya İnstitutunun əsərləri, 33-cü cild, № 1. Bakı, 2015, s. 103-124.
  4. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.