Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans.
"Sevgili canan" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1943 |
Janr | qəzəl-romans, romans, miniatür vokal |
Dil | Azərbaycan dili |
Bəstəkar | Üzeyir Hacıbəyov |
Sözlərin müəllifi | Nizami Gəncəvi |
Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü[1]. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır.[2] Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Hüsnün gözəl ayətləri,
Ey sevgili canan! Olmuş bütün aləmdə Sənin şəninə şayan.
Mənə ver busə ləbindən Çünki gözəlin busəsidir Aşiqə ehsan.
Hardadı, aldım bu cavabı Gəl sorma, tapılmaz, Onu axtarsa da insan...
Göz yaşımı tökdüm Gəl qanım ilə oynama Ey afəti - dövran.
Söylə bu Nizami Sənlə necə rəftar eləsin, Ey mahi-taban?! |