Royal Geografikal Sosayeti adası (ing. Royal Geographical Society Islands) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Norveçli qütb tədqiqatçısı Roald Amundsen tərəfindən Kral Coğrafiya Cəmiyyətinin şərəfinə adlandırılmışdır. Adada hazırda yaşayış yoxdur (2012).
Royal Geografikal Sosayeti adası | |
---|---|
ing. Royal Geographical Society Islands | |
Ümumi məlumatlar | |
Sahəsi | 458,1 km² |
Uzunluğu |
|
Eni | 18 km |
Hündür nöqtəsi | 53 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
68°50′ şm. e. 100°25′ q. u. | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
Adalar Viktoriya boğazının sularında Viktoriya və Kral-Vilyam adaları arasında yerləşir. Cənub-qərbdə Cenni Lind adası yerləşir. Kanadanın coğrafi mərkəzindən məsafə 1015 km, ölkənin paytaxtı Ottavadan olan məsafə isə 2954 km-dir[1] . Sahəsi 458,1 km²-dir. Ən hündür nöqtəsi 53 m-dir[2].
Ümumdünya Təbiəti Mühafizə Fondu təsnifatına görə, Royal Geografikal Sosayeti, eləcə də qonşu Viktoriya və Kinq Uilyam adaları Şimali Amerikanın qütb tundrası ekoregionuna daxildir[3].