Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir[1]. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur[2].
Viktoriya boğazı | |
---|---|
ing. Victoriа Strait | |
Ümumi məlumatlar | |
Eni | minimum 80-130 km |
Uzunluğu | 160 km |
Yerləşməsi | |
69°00′59″ şm. e. 101°00′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Ayırır | Viktoriya (ada)sını Kinq-Vilyam adasından ayırır |
|
|
|
1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur. <<Erebus və Terror>> gəmiləri ilə təkil edilən ekspedisiyası fəlakətlə üzləşir. Ekspedisiya üzvlərindən 128 nəfərdən heç biri bəladan qurtula bilmir. Fəlakət boğazın şimal-qərbində Kinq-Vilyam adası yaxınlığında baş verir. Boğazı ilk dəfə "Con.A. Makdonald" buzqıran gəmizi keçir. Boğaz yaxınlığında yerləşən eyni adlı adanın adı kimi ingilis kralıçası Viktoriyanın şərəfinə adlandırılmışdır.