Rubail Azimov

Rubail Əzimov (doğum adıyla: Rubail Rufulla oğlu Əzimov; d. 8 may 1988, Lənkəran) — Azərbaycan müğənnisi, aranjimançı

Rubail Azimov
Rubail Rufulla oğlu Əzimov
Ümumi məlumatlar
Doğum adı Rubail Əzimov
Ləqəbi Rubail Azimov
Doğum tarixi (35 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aranjiman
Fəaliyyət illəri 1999—h.h
Janr pop
Musiqi alətləri piano, zərb alətləri
Səs tembri tenor
Əlaqəsi Aybəniz Haşımova
Təhsili Azərbaycan Milli Konservatoriyası
Üzvlüyü YAP
Mükafatları Pöhrə-99 laureatı

Həyatı[redaktə | mənbəni redaktə et]

Rubail Azimov 1988-ci il may ayının 8-də Lənkəran şəhərinin Vilvan kəndində anadan olmuşdur. 1995-1999-cu illər Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsinin 281 saylı orta məktəbində, 1999-2006-cı illər Bülbül adına orta ixtisas Musiqi məktəbində Xanəndə sinfində təhsil almışdır. 2006-cı ildə Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsinə daxil olub və 2010-cu ildə Vokal ixtisası ilə təhsili bitirmişdir. [1]

Milli Konservatoriyada təhsil aldığı dövrdə Rubail musiqinin texniki sahəsinə - aranjimançılıq peşəsinə də maraq göstərmişdir və nəticədə bu sahədə bilgilərini möhkəmlədərək bir sıra görkəmli aranjimançılarla tanış olmuş, onlardan bu sənətin sirrlərinə yiyələnmişdir. 2010-cu ildə Konservatoriyanı bitirib, hərbi xidmətə yollanaraq, Naxçıvan Sərhəd Diviziyasının orkestrində xidmət etmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

  • Atası Əzimov Rufulla Murad oğlu ticarətçidir.
  • Anası Əzimova Aynur Mirismail qızı evdar qadındır.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Evlidir. Bir qızı, bir oğlu var.

Karyerası[redaktə | mənbəni redaktə et]

İlk dəfə 1999-cu ildə Pöhrə-99 müsabiqəsində iştirak etmişdir və həmin müsabiqənin laureatıdır.

İlk ifa etdiyi mahnı, 1999-c ildə öz bəstəsi və müəllifi olduğu "Azərbaycan" əsəri olmuşdur. 2008-ci ildə "Gəl" mahnısı, 2015-ci ildə "Qara gözlüm", 2017-ci ildə "Divanə", "Ayrı-ayrı", 2018-cu ildə "Eşq", 2019-cu ildə "Xəbərsiz", "Bitsin artıq", 2021-ci ildə "Bir gün o gələr", "Biri var" duetləri və "Sözüm var", "Yağışlar" və sair mahnılarını ifa edərək populyarlıq qazanmışdır. [2]

Bülbül adına musiqi məktəbinin fəal şagirdlərin iştirakı ilə Aybəniz Haşımovanın səhnə mədəniyyəti sinfi yaranır və qısa müddət içərisində bir zamanlar məşhurluq qazanmış "Aybəniz və Bülbüllər" qrupu yaranır. Qrupda Rubail bir çox tədbirlərdə, səhnələrdə çıxışlar etmişdir. 2002-ci ildə "Bülbüllər" qrupunun solo konsertində "Leyli və Məcnun" operasından bir parça hazırlayaraq Aybəniz Haşımova ilə tərəf müqabili kimi yaddan qalan "Məcnun" obrazını oynamışdır.

2003-cü ildən Bülbüllər qrupunun 2006-cı ilədək solist üzvü olmuşdur. [3]

2015-ci ildən professional solo karyerasına başlamışdır.

2017-ci ildə ilk "Divanə" adlı solo albomunu buraxmışdır. [4]

Alim Qasımov, Botır Qodirov, Aybəniz Haşımova, Xatirə İslam, Könül Kərimova kimi tanınmış müğənnilərlə işbirlikləri, duetləri olmuşdur. [5] [6]

Hal-hazırda solo karyersına davam etdirməkdədir. Bununla yanaşı öz səsyazma studiyasında Aranjmançı, Səs rejissoru kimi də fəaliyyət göstərir.

Bir sıra mahnıların söz müəllifi və bəstəkarıdır.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

  1. Divanə (2017)

Sinqllar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan (1999)
  2. Gəl (2008)
  3. Qaragozlum (2015)
  4. Keçmişə yazdım (2016)
  5. Sevirəm (2016)
  6. Kiçik toy (2016)
  7. İnsafa gəlsə (2016)
  8. Gecikmiş bir mahnı (2016)
  9. Xarı bülbül (Alim Qasımov) (2017)
  10. Divanə (2017)
  11. Ayrı-ayrı (2017)
  12. Bir ömürlük eşq (2017)
  13. Nənə (2017)
  14. Tənha göyərçin (2017)
  15. Olan olub (2018)
  16. Biri gəlsin (2018)
  17. Unuda bilmirəm (2018)
  18. Eşq (2018)
  19. Xəbərsiz (2019)
  20. Mən sevən gözəl (2019)
  21. Yaralı (2019)
  22. Eşq ulduzu (2019)
  23. Bitsin artıq (2019)
  24. Polis qardaşım (2019)
  25. Gecələr (2019)
  26. Ürək (2019)
  27. Xəyallarım (2019)
  28. Sevgilim (2020)
  29. Qoca dünya (2020)
  30. Bax (2020)
  31. Günah etdik (2020)
  32. Mənim eşqim (2020)
  33. Sevməsin (2020)
  34. Azərbaycan (2020)
  35. Sizə salam gətirmişəm (2020)
  36. Şəhid məktubu (2020)
  37. Yağışlar (2021)
  38. Yalan (2021)
  39. Bir gün o gələr (Xatirə İslam) (2021)
  40. Yarim (2021)
  41. Mən talışam (2021)
  42. Biri var (Xatirə İslam) (2021)
  43. Sözüm var (2021)
  44. Gözəl qızım (2021)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Rubail Azimov öz bioqrafiyasından danışdı[ölü keçid]
  2. "Rubail Azimov Şəhidlərə həsr olunan albomunu təqdim etdi". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  3. "Bülbüllər" qrupundan biri "uçdu"
  4. "Rubail Azimov - Divanə albomu Apple Music-də". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.
  5. "Alim Qasımov Rubail Əzimovla duet oxuduğu "Xarı bülbül" mahnısını ekranlaşdırıb". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.
  6. "Könül Kərimova ilə Duet". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]