Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları

Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ya Rusiya Federasiyasının Daxili Qoşunları (rus. Внутренние войска Министерства внутренних дел, Rom: Vnutrenniye Voiska Ministerstva Vnutrennikh Del; və ya qısaca ВВ və ya VV ), Rusiya hökumətinə tabe olan jandarma tipli hərbiləşdirilmiş hüquq-mühafizə qüvvələridirlər.[2] 5 aprel 2016-cı ildə onun daxili strukturu dəyişdirilərək Rusiya Federasiyasının Daxili İşlər Nazirliyindən ayrılmış Rusiya Milli Qvardiyası adlandırılmışdır.[3][4]

Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ya Rusiya Federasiyasının Daxili Qoşunları
rus. Внутренние войска Министерства внутренних дел
Növü Jandarmeriya/Daxili Qoşunlar
Yaranma tarixi 27 mart 1811-5 may 2016
Ölkə
Daxildir Rusiya Silahlı Qüvvələri, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi
Vəzifəsi İğtişaşların və vətəndaş qarşıdurmalarının qarşısının alınması ilə bərabər, həmçinin də atom elektrik stansiyaları kimi mühüm strateji əhəmiyyəti olan dövlət obyektlərinin mühafizəsi
Sayı 182,000 (2012)[1]
Qərargah Moskva
Döyüşlər
Komandanlıq
Məşhur komandirləri Viktor Zolotov
Nikolay Rogozkin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daxili Qoşunlar iğtişaşların və vətəndaş qarşıdurmalarının qarşısının alınması ilə bərabər, həmçinin də atom elektrik stansiyaları kimi mühüm strateji əhəmiyyəti olan dövlət obyektlərinin mühafizəsinə cavabdeh olmuşdurlar. Bu çərçivədə ey zamanda Birinci Çeçen müharibəsindəİkinci Çeçen müharibəsində də aktiv formada iştirak etmişdirlər. Bundan əlavə, o, Rusiyada bir çox münaqişələrin yatırılmasında da mühüm rol oynamışdır. Bu bölmələr müharibə vaxtı Rusiya Federasiyası Silahlı Qüvvələrinin sərəncamı altına daxil olmuş və yerli müdafiə və cəbhə arxası ərazilərin mühafizəsi vəzifələrini yerinə yetirmişdilər.[5] Daxili Qoşunların komandiri 2016-cı ilin aprel ayında ləğv olunana qədər Viktor Zolotov olmuşdur.

Daxili Qoşunlar həm könüllülərdən, həm də hərbi qulluqçulardan ibarət olmuşdur. Məhz buna görə də aktiv üzvlərinin sayı müxtəlif olmuşdur.

Qoşunların vımpeli[6]
Qırmızı ulduz dizaynlı çiyin yaxalığı

Daxili Qoşunlar ilk dəfə 27 mart 1811-ci ildə yaradılmışdır. Oktyabr inqilabından sonra isə onun NKVD-nin tərkibində yaradılması ideyası 1918-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən irəli sürülmüşdür. 1919-cu ildə "Daxili Təhlükəsizlik Qüvvələri" (Voyska vnutrenney oxrany Respubliki, VOHR) adı altında yenidən təşkil edilmişdir. Bu bölmələr elə həmin ildə Çekaya[7], 1922-23-cü illərdə isə BDSİ-ya verilmişdir.[8]

1988-ci il iyul ayının 28-də Ali Sovetin Rəyasət Heyəti “SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ictimai asayişin mühafizəsi üzrə vəzifə və səlahiyyətləri haqqında” fərman verərək, bu qoşunların Sovet İttifaqındakı rolunu aydın bir formada ifadə etmişdir. Bununla belə, Daxili Qoşunlar hələ də Sovet Sosialist Respublikaları İttifaqının Silahlı Qüvvələrinin tərkibində qalmağa davam edirdi. Bu bölmələr Sovet İttifaqının dağılmasına yaxın illərdə getdikcə daha çox təşkilatlanaraq böyüyən və güclənən çox sayda cinayətkar qruplar ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Bu çərçivədə daha çox qüvvəyə ehtiyacı olan bu bölmələr Sovet hökumətinin 21 mart 1989-cu il tarixli qərarı ilə Silahlı Qüvvələrdən və Müdafiə Nazirliyindən alınaraq Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir.[9][10][11]

Sovet İttifaqının dağılmasından sonra qoşunlar Rusiya Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir.[12] 24 sentyabr 1992-ci ildə rəsmi status almışdır. 2016-cı il may ayının 5-də isə onun daxili strukturu dəyişdirilərək Daxili İşlər Nazirliyindən ayrılmış və Rusiya Milli Qvardiyası adlandırılmışdır.

Daxili Qoşunlar aşağıdakı bölmələrdən ibarət olmuşdur;

  • Baş Komandanlıq və Regional Komandanlıq
  • Əməliyyatlarda iştirak edən xüsusi təyinatlı hərbi hissələr
  • Motorlu hərbi hissələr
  • Dövlət orqanlarının və təşkilatlarının mühafizəsinə cavabdeh olan hərbi hissələr
  • Hava-desant hərbi hissələri
  • Dəniz hərbi hissələri
  • Hərbi təhsil-təlim müəssisələrində fəaliyyət göstərən əsgərlər
  • Kəşfiyyat bölmələri
  • Tibbi, elmi, təhsil, rabitə və s. sahələrdəki fəaliyyətə cavabdeh olan xüsusi təyinatlı hərbi hissələr

1991-ci ildən bu tərəfə komandanları aşağıdakı formada olmuşdur;

  • Ümumi Savvin Nesterovich Vasily (1991-1992)
  • Kulikov Anatoly Sergeyeviç (1992-1995)
  • Romanov Anatoly (1995)
  • Shkirko Anatoly Afanasyevich (1995-1997)
  • Shevtsov Leonti Pavlovich (1997-1998)
  • Maslov Paul T. (1998-1999)
  • Ovchinnikov Vyacheslav Viktorovich (1999-2000)
  • Tikhomirov Vyacheslav (2000-2004)
  • Rogozhkin Nicholas E. (2004-2014)
  • Zolotov Viktor Vasilevich (2014-2016)

Daxili Qoşunların ali təhsil müəssisələri

[redaktə | mənbəni redaktə et]
  • Daxili Qoşunların Novosibirsk Hərbi İnstitutu
  • Daxili Qoşunların Perm Hərbi İnstitutu
  • Daxili Qoşunların Sankt-Peterburq Hərbi İnstitutu
  • Daxili Qoşunların Qırmızı Bayraqlı Saratov Hərbi İnstitutu

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Universitetinin bir şöbəsində Daxili Qoşunlar haqqında ali təhsil verilir.

  1. Национальная гвардия Владимира Путина — На базе подразделений МЧС, Внутренних войск, ВДВ и военной полиции может появиться новая силовая структура|access-date=16 yanvar 2017.
  2. Указ Президента Российской Федерации от 10.11.1998 г. № 1333 Arxivləşdirilib 2017-01-12 at the Wayback Machine Kremlin.ru, 10 noyabr 1998, Access-date: 16 yanvar 2017.
  3. "An In-Depth View of the Prigozhin Led March on Moscow with Pierre Vaux". July 3, 2023. July 10, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 11, 2024 – open.spotify.com vasitəsilə.
  4. "Foreign Office with Michael Weiss: An In-Depth View of the Prigozhin Led March on Moscow with Pierre Vaux on Apple Podcasts". Apple Podcasts. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  5. Galeotti, Mark. "Russia's Interior Troops on the rise." Jane's Intelligence Review 9 (1997): 243-246.
  6. "Указ Президента Российской Федерации от 31.12.2015 г. № 687 "Об учреждении флага внутренних войск Министерства внутренних дел Российской Федерации" Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine, 31 dekabr 2015, Access-date: 16 yanvar 2017.
  7. Organy I Voyska MVD Rossiiy, MVD Moskva 1996, p.332
  8. Organy I Voyska MVD Rossiiy, MVD Moskva 1996, p461.
  9. "САВВИН Василий Нестерович" (rus). shieldandsword.mozohin.ru. 25 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2020.
  10. Kurdyukova, Olesya. "В Петербурге скончался первый командующий внутренними войсками МВД России Василий Саввин" (rus). 78.ru. 24 February 2020. İstifadə tarixi: 25 February 2020.
  11. "Первый командующий внутренними войсками МВД РФ умер в Петербурге" (rus). NTV. 24 February 2020. 24 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2020.
  12. "Gold war" (PDF). lawinfo.ru. 2021-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-21.