Rusiya Federasiyasının Milli Qvardiyası və ya Rosqvardiya (rus. Федеральная служба войск национальной гвардии Российской Федерации, Rom: Federal'naya sluzhba voysk natsional'noy gvardii Rossiyskoy Federatsii'nin) Ali Baş Komandan, Təhlükəsizlik Şurasının Sədri səlahiyyətlərinə malik olan Rusiya Prezidentinə birbaşa tabe olan daxili təhlükəsizlik məsələləri ilə məşğul olan hərbi təşkilatdır. Milli Qvardiya Rusiya Silahlı Qüvvələrindən müstəqil bir silahlı qüvvə hesab olunur.
Rusiya Milli Qvardiyası | |
---|---|
rus. Федеральная служба войск национальной гвардии Российской Федерации | |
Yaranma tarixi | 27 mart 1811 |
Ölkə | Rusiya |
Tabedir | Rusiya Federasiyasının Prezidenti |
Sayı | 340.000 (2016)[1] |
Qərargah | Moskva |
Döyüşlər | |
Komandanlıq | |
Komandir | Viktor Zolotov |
rosguard.gov.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2016-cı ildə prezident Vladimir Putinin imzalamış olduğu qanunla bir federal agentlik kimi yaradılmışdır. Onun əsas vəzifəsi Rusiya sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, silahlara nəzarət etmək, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmaq, ictimai asayişin saxlanılması və mühüm dövlət obyektlərinin mühafizəsidir.[1]
Milli Qvardiyanın yaradılması Rusiyanın qarşısında duran strateji problemlərin hərtərəfli qiymətləndirilməsinin nəticəsi olaraq Rusiya təhlükəsizlik sistemi daxilində vəzifələrin təkrarlanmasının qarşısını alınması və səmərəliliyin artırılması cəhdi kimi qiymətləndirilir. Milli Qvardiya Rusiya üzrə ümumilikdə 84 bölmədə təxmini olaraq 340.000 şəxsi heyətə malikdir və Daxili Qoşunlar, SOBR, OMON və Rusiya Silahlı Qüvvələri istisna olmaqla mövcud olan digər daxili hərbi qüvvələrin qüvvələrini özündə birləşdirir.
2017-ci il yanvar ayının 16-da 27 mart günü Milli Qvardiya Günü olaraq müəyyən edilmiş və bu tarix Milli Qvardiyanı Rusiyada ictimai təhlükəsizlik xidmətlərinin tarixi ilə əlaqələndirilmişdir. Belə ki, 1811-ci ilin məhz bu günündə (27 mart 1811ci il) I Aleksandrın fərmanı ilə Daxili Qvardiya yaradılmışdır.[2]
Nazirliyin tam adı Rusiya Federasiyasının Federal Milli Qvardiya Qoşunları Xidmətidir (rus. Федеральная служба войск национальной гвардии Российск ой Федерации; Rom: Federalʹnaya sluzhba voiysk natsionalʹnoiy gvardiiiiysko). Rəsmi sənədlərdə ona FSVNG RF (rus. ФСВНГ РФ) latın əlifbası ilə yazılmış olan abbreviaturası ilə istinad edilir. Rus dilində isə daha qısa olan rəsmi abreviaturası - Rosqvardiya (rus. Росгвардия, azərb. rus qvardiyası) geniş formada istifadə olunur.[3]
Rusiyada yaradılmış olan birinci hərbiləşdirilmiş hüquq-mühafizə orqanı 1565-ci ildə Çar Rusiyasının banisi olan ÇarIV İvan Qroznı tərəfindən yaradılmış olan və 1584-cü ildə dağılan Opriçnina olmuşdur. Bundan sonrakı uzun bir tarixi dövr ərzində ölkədə daxili qoşunlar olmamış və qarnizon qoşunları yalnız Rusiya imperiyası dövründə meydana çıxmış və bundan sonra isə 1811-ci ildə Daxili Qvardiya yaradılmışdır. Bu dövrdən etibarən isə daxili qarnizon qoşunları ölkədə rəsmi olaraq yaradılmışdır.[4] 28 aprel (10 may) 1827-ci ildə isə daxili qvardiya sonradan Rusiya imperiyasının Daxili İşlər Nazirliyinin tabeliyinə keçmiş olanRusiya İmperator Ordusunun Əlahiddə Jandarm Korpusuna çevrilmişdir. 13 (26) aprel 1917-ci ildə isə Rusiya inqilabından sonra jandarm ləğv edilmiş və o,Qırmızı və Ağ Qvardiyaçılara bölünmüşdür. Bolşeviklərin vətəndaş müharibəsində qələbə əldə etməsindən sonra Qırmızı Qvardiya daha sonralar SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları kimi yenidən komplektləşdirilərək SSRİ NKVD-nin Konvoy Qvardiyasına çevrilmişdir. SSRİ-nin dağılmasından sonra isə Rusiyada yaradılmış və Milli Qvardiyadan əvvəl mövcud olmuş olan birləşmə 1992-ci ildə yaradılan Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olmuşdur. Bu qoşunların tərkibinə keçmiş Sovet Rusiyası ərazisində yerləşən SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bütün keçmiş birləşmələri daxil edilmişdilər.
2016-cı il aprel ayının 5-də Prezident Vladimir Putin Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) yaradılması və Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Rusiya Federasiyasının Milli Qvardiya Qoşunlarına çevrilməsi barədə qərar qəbul etmişdir. Bu təhlükəsizlik orqanının yaradılmasının əsas məqsədi isə Rusiya Daxili İşlər Nazirliyi ilə bərabər formada terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaqdan ibarətdir.[5][6] İmzalanmış olan sərəncama əsasən, Milli Qvardiya çevik reaksiya qüvvələri, həmçinin aviasiya üçün xüsusi təyinatlı mərkəz olan OMON, SOBR bölmələri və xüsusi mühafizə bölmələri ilə əməkdaşlıq etməli, eyni zamanda da nəzərdə tutulmuş olan əməliyyatların keçirilməsi üçün lisenziyaların əldə edilməsi və icazələrin verilməsi səlahiyyətlərinə də malikdir. Milli Qvardiyanın yaradılması Rusiya hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində aparılmış olan islahatlar çərçivəsində baş tutmuşdur.[7][8]
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının tərkibində də dəyişikliklər edilmişdir: şuranın daimi üzvlərinin tərkibinə Sədr, Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru, Rusiya Federasiyası Milli Qvardiyasının Ali Baş Komandanı Viktor Zolotov daxil edilmişdir.[9]
Həmin gün Vladimir Putin Dövlət Dumasına Milli Qvardiya haqqında qanun layihəsinə və bir sıra qanunvericilik aktlarına düzəlişlər təqdim etmişdir.[10] Bu sənədlərə əsasən, hüquq-mühafizə orqanları əməkdaşlarına fövqəladə hallarda xəbərdarlıq etmədən atəş açmaq, zirehli texnika və su şırnaqlarından istifadə etmək hüququ kimi geniş səlahiyyətlər verilmişdir.[11]
Rusiya Federasiyasının Prezidenti Milli Qvardiyanın Federal Xidmətinin fəaliyyətinə görə cavabdehdir.[11]
2016-cı il aprel ayının 14-də canlı efir zamanı Vladimir Putin ölkədə silah dövriyyəsini xüsusi nəzarətə götürmək zərurəti ilə əlaqədar olaraq Milli Qvardiyanın yaradıldığını elan etmişdir.[12]
Xüsusi təyinatlı qüvvələrdə geyim payı üçün həyata keçirilmiş olan sınaqlardan sonra, Milli Qvardiya "Mamır" rəngli kamuflyajı və ya Avropa standartına müvafiq olaraq adlandırılarsa "Atax" - innovativ modelin üçölçülü olmasına görə görünməz kamuflyajı təsdiqləmişdir. Onların əsas uniformalarıdır. Rəqəmsal bir “üzvi” piksel əsasında xüsusi kamuflyaj nümunəsi yaradılır və bu nümunə sadəcə olaraq insan fiqurunu ətraf mühitə müvafiqləşdirir və bununla da hətta optikadan istifadə edilərkən belə onun aşkarlanmasının qarşısı alınır. Fərqləndirici bir geyim parçası olaraq, Milli Qvardiyanın bütün bölmələrində ümumi geyim üçün tünd qırmızı zolaqlı jilet təqdim edilmişdir (sahə geyimlərindən istifadə edilərkən). Kombinezonlara əlavə olaraq, rəngləmənin kamuflyaj xüsusiyyətlərindən Rusiya Qvardiyasının döyüşçüləri istifadə etmiş olduqları avadanlıqlar üçün istifadə edirlər: kürək çantaları, jiletlər, çantalar, silahlar, kisələr, dəbilqələr, əlcəklər, ayaqqabılar. Relyef və landşaft şəraitindən asılı olaraq, Atax kamuflyajının müxtəlif modifikasiyalı modellərindən istifadə olunur: məsələn, "Mamır 1", "Mamır 2" və "Mamır 3". Xüsusi polis rütbəsinə malik olan işçilər üçün isə xüsusi olaraq mavi rəngli kamuflyaj forması olan "Puan" modeli təsdiqlənmişdir.
Rosqvardiya döyüşçülərinin arsenalında iki cür avadanlıq dəstləri mövcuddur: döyüş və xüsusi. Xüsusi avadanlıqlara bunlar daxildir: üzlüyü olan zərbəyə davamlı dəbilqə, əllər, çiyinlər, dizlər üçün nəzərdə tutulmuş olan xüsusi fərdi mühafizə vasitələri, bədən zirehləri, PR-73 markalı rezin dəyənəklər, qaz maskası. Müxtəlif sistemlərin atıcı silahlarından əlavə olaraq, şöbə əməkdaşlarının zirehli transportyorlara, Tiger zirehli texnikalarına, helikopterlərə və pilotsuz uçuş aparatlarına və eyni zamanda da artilleriya vasitələrinə çıxışı mövcuddur.[11]
NATO koduna ekvivalent | OF-10 | OF-9 | OF-8 | OF-7 | OF-6 | OF-5 | OF-4 | OF-3 | OF-2 | OF-1 | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ali Zabit heyəti | Baş zabit heyəti | Kiçik zabit heyəti | ||||||||||||||||||||||
Rusiya | Ekvivalenti yoxdur | |||||||||||||||||||||||
Dörd ulduzlu general (Генерал армии) |
General-leytenant (Генера́л-полко́вник) |
General-mayor (Генера́л-лейтенант) |
Briqada generalı (Генера́л-майор) |
Polkovnik (Полкóвник) |
Polkovnik-leytenant (Подполкóвник) |
Mayor (Майо́р) |
kapitan (Капита́н) |
Baş leytenant (Старший лейтенант) |
Leytenant (Лейтенант) |
NATO koduna ekvivalent |
OR-9 | OR-8 | OR-7 | OR-6 | OR-5 | OR-4 | OR-3 | OR-2 | OR-1 | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Kiçik komandir heyəti | Aşağı komanda heyəti | |||||||||||||||||||||
Rusiya | Ekvivalenti yoxdur | Ekvivalenti yoxdur | ||||||||||||||||||||
Baş gizir (Старший прапорщик) |
Praporčík (Прапорщик) |
Kiçik gizir (Старшина) |
Kiçik çavuş (Старший сержант) |
Çavuş (Сержант) |
Çavuş (Младший сержант) |
Kapral (Ефрейтор) |
Əsgər (rütbə) (Рядовой) |