Rusiyanın Ukraynaya təcavüzünün gedişində Rusiya tərəfinin hərbi cinayət və insanlığa qarşı cinayət faktları qeydə alınıb.[1][2][3]HRW-nin illik hesabatında qeyd olunur ki, Ukrayna ilə müharibə zamanı Rusiya Federasiyası tərəfindən hərbi cinayətlər və insan haqları pozuntuları “beynəlxalq humanitar hüququn pozulmasının uzun bir siyahısını” təşkil edir. Buçadakı müharibə cinayətləri “saysız-hesabsız” təkrarlanan nümunənin bir hissəsini təmsil edir.[4] ATƏT-in 2022-ci ilin aprel-iyun ayları üzrə hesabatı göstərib ki, Rusiya qüvvələrinin Ukraynadakı zorakı hərəkətləri insanlığa qarşı cinayət kriteriyalarına cavab verir. ATƏT-in hesabatında komissiyanın Rusiya qüvvələrinin cinayətləri, o cümlədən Buçadakı uşaq düşərgəsində işgəncə kameralarının aşkarlanması ilə bağlı təfərrüatlar var. Hesabatda beynəlxalq humanitar hüququn müharibə cinayəti hesab etdiyi “çoxsaylı pozuntuları” aşkar edilib.[5] BMT-nin oktyabr ayı hesabatına görə, Ukraynada törədilən hərbi cinayətlərin böyük əksəriyyətinə Rusiya ordusu cavabdehdir.[6]BCM-nin baş prokuroru Kərim Xanın bəyanatına görə, Ukraynada həm hərbi cinayətlərin, həm də insanlığa qarşı cinayətlərin törədildiyini düşünmək üçün məntiqi əsaslar var.
Aprelin ortalarında münaqişə zamanı törədilmiş hərbi cinayətlərə dair hesabatında ATƏT-in missiyası da Ukrayna tərəfindən pozuntular aşkar edib, lakin Rusiyanın pozuntularının “təbiət və miqyasda qeyri-mütənasib şəkildə daha ciddi olduğunu” və üstəlik, işğalçı ölkə kimi Rusiyanın məsuliyyət daşıdığını bildirib.[2][7]
2022-ci ilin may ayının sonunda soyqırım tədqiqatçıları tərəfindən hazırlanmış müstəqil hesabatda Rusiyanın soyqırımı qızışdırması və dövlət səviyyəsində[8] Ukrayna xalqını məhv etməyə yönəlmiş vəhşiliklər törətdiyinə dair çoxlu sübutlar aşkar edilmişdir.[9]
Döyüşlər zamanı yaşayış məntəqələrinin atəşə tutulması, o cümlədən ayrı-seçkilikdən kənar silahlardan (kaset sursatları, reaktiv yaylım atəşi sistemləri) istifadə edilməklə, dinc əhali arasında itkilərlə nəticələnmişdir. Bu hadisələrin əksəriyyətində rus qoşunlarına qarşı ittihamlar irəli sürülür,[10][11][12]The New York Times isə Ukrayna hücumlarından sonra mülki obyektlərə dəyən mərmiləri qeyd edir.[13] Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya tərəfi yaşayış məntəqələrinə məqsədyönlü hücumlar həyata keçirmir və Bellingcat, Amnesty İnternational-ın məlumatına görə, bəzi hallarda Rusiyanın ayrı-seçkilik etmədən silah tətbiqi hər hansı görünən hərbi hədəflərdən uzaqda həyata keçirilib. İşğal zamanı Xarkov, Mariupol, Çerniqov, Donetsk, Kiyev və digər şəhərlər, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olmayan şəhərlər atəşə tutulub.[14] Martın 9-da Mariupolun mərkəzinə endirilən aviazərbə nəticəsində 3 saylı xəstəxananın doğum evinin, uşaq şöbəsinin və terapiya şöbəsinin yerlə-yeksan edilməsi, habelə Mariupol teatrının bombalanması, eləcə də Kramatorskda qatar stansiyasına raket zərbəsi və nəticədə ən azı 58 nəfər, o cümlədən 5 uşağın həlak olması, 100-dən çox insanın yaralanması - bütün müharibə zamanı dinc əhaliyə qarşı ən qanlı hücumlardan biri kimi geniş rezonans doğurdu.[15][16][17] ATƏT-in məlumatına görə, Mariupoldakı xəstəxanaya hücum Rusiya hərbçiləri tərəfindən qəsdən həyata keçirilib. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İdarəsinin monitorinq missiyasının məlumatına görə, Mariupol teatrı böyük ehtimalla rus bombası tərəfindən dağıdılıb, Buçadakı qətliamları isə rus qoşunları həyata keçirib.[18]
10 iyun 2022-ci ildə The New York Times, data jurnalistlərin Rusiyanın Ukraynada istifadə etdiyi 2000-dən çox sursatın müəyyən edildiyi irihəcmli araşdırma yayımladı. Jurnalistlər belə qənaətə gəliblər ki, idarə olunmayan mərmilərin, o cümlədən kasetli sursatlarla şəhərlərin dağıdılması və mülki əhali arasında qurbanlar Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı məqsədyönlü strategiyasıdır. Əsasən mülki ərazilərdə tapılan 210-dan çox müəyyən edilmiş hərbi sursat beynəlxalq müqavilələrlə qadağan edilmiş kasetli sursatlar kimi təsnif edilib. Human Rights Watch və Amnesty InternationalUqledar, Xarkov və Axtırka yaşayış məntəqələrində mülki əhalinin tələfatına səbəb olan kaset bombalarından istifadəni qeydə alıb. Rus mərmilərindəki sursatların təxminən 20%-i partlamqmış və bu onları uzun illər mülki insanlar üçün təhlükəli etmişdir.[19]
Ukrayna hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən və həqiqiliyi The New York Times tərəfindən təsdiqlənən rus hərbçilərinin zənglərində onlar ukraynalı mülki vətəndaşları öldürdüklərini, Ukraynanın ev və bizneslərini qarət etdiklərini etiraf edirlər.[20]
Apreldə rus qoşunları Kiyev vilayətindən çıxarıldıqdan sonra onların nəzarətində olan yaşayış məntəqələrində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsinə dair dəlillər aşkarlanıb.[21] Şahidlərin dediyinə görə, peyk görüntüləri, radio ələ keçirmələri və pilotsuz uçuş aparatlarının videolarına görə Rusiya hərbçiləri tərəfindən həyata keçirilən Buçadakı qırğına dünya ictimaiyyəti ən çox diqqət yetirib.[22][23][24][25][26][27][28][29][30] Müşahidəçilər Rusiyanın nəzarətində olan ərazilərdə oğurluq və işgəncə faktlarını da qeydə alıblar.[31][32][33][34] Qurbanlar işğal olunmuş şəhər və kəndlərin rəsmiləri, jurnalistlər və sadə sakinlərdir.[2][32][34][35][36] Rusiya tərəfi beynəlxalq araşdırmaların nəticələrinə məhəl qoymayaraq mülki şəxslərin ölümündə iştirakla bağlı istənilən ittihamı ardıcıl olaraq rədd edir,[37][38] onları böhtan, saxtakarlıq və uydurma adlandırır.[39][39][40][41][42] BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası da diqqəti Ukrayna təhlükəsizlik qüvvələri və ərazi müdafiə bölmələrinin üzvləri tərəfindən insan hüquqlarının müəyyən mümkün pozuntularına yönəldib, Ukrayna rəhbərliyi isə qeyd olunan epizodları araşdırmağa söz verir.[43][44][45]
Hər iki tərəf hərbi əsirlərlə pis rəftarda, o cümlədən əsir düşən əsgərlərə işgəncə verməkdə və qətlə yetirməkdə ittiham olunur.[46][47][48][49][50] Ukrayna və Rusiya tərəfindən Cenevrə konvensiyalarının pozulması barədə Human Rights Watch və Amnesty İnternational[51][52][53] məlumat verib.
2022-ci il martın 4-də BMT-nin İnsan Hüquqları Şurası Rusiyanın Ukraynaya müdaxiləsi zamanı potensial hüquq pozuntularını pisləyən qətnaməni dəstəkləyib və onları araşdırmaq üçün komissiyanın yaradılmasını elan edib.[54][55]
↑"Ukraine: Inside the spies' attempts to stop the war". BBC News. 2022-04-08. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09. On one level, much of the intelligence was spot-on. There was, as forecast, a full invasion from multiple directions with the purpose of toppling and replacing the Zelensky government. Western spies also correctly predicted that Moscow had misplaced confidence about the reception it would encounter. "They genuinely believed there would be flags out to welcome them," says a Western intelligence officer.