Ruxa (əsil və tam adı ilə Ruhəngiz Rezabala qızı Əliyeva[1]) — Azərbaycanlı stilist[2], vizajist[3] və rəssam.
Ruxa | |
---|---|
Ruhəngiz Rezabala qızı Əliyeva | |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
İxtisası | Rəssam |
Təhsili | |
Fəaliyyəti | Stilist, vizajist, rəssam |
Tanınır | Stilist |
Azərbaycan estrada müğənniləri və bir çox başqaları üçün albom üzlükləri, fotosessiya və çıxışlar üçün təsvirlərin müəllifidir.[4]
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) Rəssamlıq fakultəsinin [4] məzunudur
Heydər Əliyev Sarayında rəssam kimi fəaliyyət göstərib.[4]
İlk olaraq, Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva[5], Aygün Kazımova[6][7], Brilliant Dadaşova[8][9], Samir Bağırov[10], Röya Ayxanla[11], Nisə Qasımova, 54-cü Avroviziya Mahnı Müsabiqəsinin laureatı Aysel Teymurzadə və b.[12][13][14][15] ilə çalışmışdır.
Zülfiyyə Xanbabayevanın dördüncü solo albomu "Sənsiz"in fotoqrafı olub.[16]
2003-cü ildə Planet Parni iz Bakunun Fransada çəkilən xüsusi buraxılışının stilisti olub.[17]
2012-ci ildə Bakıda keçirilən Avroviziya (Eurovision) Mahnı Müsabiqəsinin "core time" qrupunda 20-dən artıq müsabiqə[mənbə göstərin] iştirakçılarının stilisti olub.[18][19]
Aygün Kazımovanın 16 iyun 2016-cı ildə təqdim olunan "Orasına-burasına" sinqlının fotosessiyasının stilisti olub.[20][21]
"by Rukha" adlı kosmetika markasını təqdim etmişdir.[22]
Stilisti olduğu kliplər: