Samir Bağırov (21 avqust 1967, Bakı) — Azərbaycanın estrada müğənnisi. Samir Bağırov Azərbaycanda müasir estradanın yaradıcılarından biri hesab olunur. Müğənni daima qeyri-adi görünüşü ilə fərqlənib.[1][1][2][3]
Samir Bağırov | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1988- |
Musiqi alətləri | vokal, piano |
Mükafatları | "Grand" mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Samir Rafiq oğlu İsayev (Samir Bağırov tatar əsilli atasının deyil, ata nənəsinin soy adından istifadə edir) 21 avqust 1967-ci ildə Qax rayonu Dəymədağlı kəndində anadan olub. Bakı Musiqi Akademiyasının klassik vokal şöbəsinə daxil olmuşdur. Konservatoriyada təhsil aldığı müddətdə sovet ordusuna hərbi xidmətə çağırıl və hərbi xidmətdə olduğu zaman hərbi-ansamblın konsertlərində solist kimi çıxış edir. Hərbi xidməti Ukraynada başa vurub. Hərbi xidməti başa vurduqdan sonra konservatoriyada təhsilini davam etdirib, başa vurur. İlk dəfə Teymur Mirzoyevin rəhbərlik etdiyi "Qaya" dövlət orkestrində işləməyə başlayıb.
1988-ci ildə Sevinc Kərimovanın təşkil etdiyi Bakı payızı müsabiqəsində laureat olmuşdur.[4] Yarışda musiqisi və sözləri Əzizə Mustafazadəyə aid olan "He Улетай" və bəstəsi Mikayıl Vəkilov, sözləri Malik Fərruxa aid olan "İnanıram" adlı dueti Sevil Hacıyeva ilə birlikdə səsləndirmişdir. Məhz bu "İnanıram"adlı duetə görə xüsusi mükafata layiq görülmüşdür. Müsabiqədən sonra 1989-cu ildə Moskvadakı Gnessin State Musical Collage-ində (Hansı ki, həmin musiqi akademiyası rus estradasına Filip Kirkorov, Larisa Dolina, Murat Nasirov, Valeriya, Linda kimi ulduzlar bəxş edib) musiqi təhsilini davam etdirir. Samir burada yalnız vokal dərsləri deyil, həmçinin səhnə maneraları, rəqslər və səhnədə necə geyinmək lazım olduğunu öyrənir.
1991-ci ildə keçirilmiş "Yalta-91" müsabiqəsində Samir Bağırov ikinci yerə layiq görülmüşdür. Bu müsabiqədə o Rəşid Behbudovun repertuarından "Sevgilim" mahnısını səsləndirir.Qaliblərin konsertində isə o Vitni Hyustonun repertuarından "All at once" nəğməsi ilə çıxış edir.[5][6][7] Yaltada keçirilən müsabiqədən sonra məşhur rus bəstəkarı Igor Krutoy Samirə "Маленькое Кафе" və "Отзовись" mahnılarını bəstələyir. Hər iki mahnı Pervıy kanal və RTR kimi kanalların "Utrennaya Pocht", "Pesnya Goda", "Hit Parad Ostankino" və "Wider Circle" tele-konsertlerində ifa olunur. 1992-ci lidə "Otzovis" mahnısı "Mayak" radiosunun keçirdiyi müsabiqədə 5-ci yeri tutub və MDB-in 10 ən məşhur mahnısından biri olub. Məhz bu uğurlardan sonra Alla Puqaçovanın yaratdığı teatrdan Samir Bağırova təklif gəlir, lakin bir il sonra həmin teart dağılır və Samir Polad Bülbüloğlunun xahişi ilə vətənə qayıdır.
Samir ilk dəfə 1993-cü ildə "Respublika" sarayında solo konsertini keçirir və həmin konsertdə Eldar Mansurov və Zaur Abdullayevin mahnıları səslənir. 1993-1994-cü illərdə Samir Şou-duet və Aypara qrupları ilə Azərbaycan Dövlət Mahnı Teatrı,Yaşıl Teatr,Heydər Əliyev Sarayı və digər konsert zallarında müxtəlif şou-konsertlərdə çıxışlar edir.[8] 1995-ci lidə "Ostrov lyubvi" (musiqi və sözlər Samir Bağırov) mahnısının klipiylə MDB klip müsabiqəsində birincilik qazanır.1996-cı ildə Samir ikinci dəfə Respublika sarayında "Мы так любим друг друга" adlı solo və "Samir Bağırov və dostları adlı" konsertlər verir. 90-cı illərdə keçirilən "Asiya Dausı" adlı müsabiqəsinin fəxri qonağı kimi yarışmaya dəvət olunur.Həmçinin müğənni 90-cı illərin sonunda Musiqili Meydan mahnı yarışmasında Murat Nasirov a qallib gəlmişdir.[9]
90-cı illərdə Samir Bağırova ən böyük uğuru Taleyin oyunu adlı mahnı gətirir və məhz bu mahnı ilə o daha çox tanınmağa başlayır. Musiqisi və sözləri Zaur Abdullayevə məxsus olan mahnı pop rock janrında bəstələnib.
Yalta-91 müsabiqəsində ifa etdiyi Sevgilim mahnısı ilə 2-ci yerə layiq görülmüş Samir 2000-ci ildə bir daha bu mahnıya yeni nəfəs verməyi qərara alır. Bu dəfə yeni üslubda ifa olunan Sevgilim daha böyük uğur gətirir. Stas Rubenchikin rejissoru olduğu klip The Best mükafatına layiq görülür. Klipin prezintasiyası Sərin restoranında baş tutur. Yeni klipin ardından tamaşaçılara ilk Sevgilim XXI albomuda təqdim olunur.[10] 2001-ci ildə isə Sumqayıt şəhərində Sevgilim XXI adlı xeyriyyə konserti verilir.
2000-ci illərin əvvəlinə qədər Samir Bağırov müxtəlif janrlarda mahnılar ifa edir. 2007-ci ilin sonunda isə müğənni səhnələrdən bir müddət uzaqlaşmağı qərara alır. Müxtəlif şou-proqramlarda çıxış etsədə televiziyalardan yox olması ilə medianın gündəmindən düşmür. Müğənni özü isə səhnələrdən getməsinin əsas səbəbini heç kəsə açıqlamasa da jurnalist Seymur Zakaryayevə verdiyi müsahibələrdən birində maqazin proqramlarında baş verən qalmaqalların və səhnələrdə baş verən dəyişikliyin onun yaradıcılığına mənfi təsir göstərdiyini vurğulamışdı.[11][12][13]
Uzun illər səhnələrdən yox olsa da 2010-cu ildə yeni mahnı ilə yenidən yaradıcılığındakı araya son verən müğənni bu dəfə Son yarpaq adlı mahnıyla bir çox verlişlərin qonağı olur.[14][15][16][17] 2011-ci ildə isə Zülfiyyə Xanbabayeva ilə Sənin üçün duetini ifa edir.
2016-cı ildə Aygün Kazımova ilə Səninlə duetini səsləndirən müğənni 2017-ci ilin fevral ayında Rusiyanın Pervıy kanalında Пусть говорят tok-şou verilişinə həmkarı və dostu Marina Xlebnikova üçün ekranlara çıxmaqla sükutu pozmağı bacarır.[18][19][20]
Bağırovun yaradıcılığına təsir edən müğənnilər arasında Alla Puqaçova, Müslüm Maqomayev, Rəşid Behbudov, Vitni Hyustonu göstərmək olar. Verdiyi müsahibələrində daima Alla Puqaçovaya olan uşaqlıq sevgisini xüsusi vurğulayır. 90-cı illərdə verdiyi bir müsahibələrdən biri isə Vitni Hyustonla bağlı olur ki, müğənni onu "Pop musiqisinin fenomeni" adlandırır.
2000-ci ildə Best multi-genres singer mükafatını qazanan Samir Bağırov yaradıcılığı boyu müxtəlif musiqi janrlarına müraciət edib. Xüsusilə pop, caz, pop rock, soul, R&B, flamenco və Yeni Çağ (New Age) janrlarında mahnılar səsləndirib. Sənətçinin öz fikrincə isə caz üslubu onun müğənni kimi formalaşmasında daha böyük rol oynayıb. Bəstəkarı olduğu mahnılar isə daha çox sevgiyə həsr olunmuşdur. Bunlardan biri Отпусти adlanır və bu mahnı 98-ci ildə vəfat etmiş Sima Bəşirovanın xatirəsinə həsr olunub.
2000-2001-ci illərdə Samir "Bakı payız 2000 və 2001" müsabiqəsinin münsiflər heyətinə dəvət olundu.[21][22][23][24] Beş ildən sonra Brilliant Dadasovanın təşkil etdiyi "Akademiya Musiqi Şou" müsabiqəsində münsiflər heyətində çıxış edir.[25] 2000-ci ildə isə Samir Moda həftələrində "Miss Azərbaycan"da münsiflər heyətində iştirak edib.
İlk dəfə 1995-ci ildə Sevgi adası adlı klipiylə MDB məkanında birinciliyi qazanan müğənni 2000-ci ildə Sevgilim klipiylə gündəmə gəlir. Bütün kliplərində daima fərqli obrazları canlandırır.