Rza Mahmudov Nadir oğlu-( d.1952-ci il yanvarın 23-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndi) coğrafiya elmlər doktoru, professor.
Rza Mahmudov | |
---|---|
Rza Mahmudov Nadir oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Gürcüstanın Qardabani rayonunun Kosalı kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Nadir Mahmudov |
Elmi dərəcəsi | professor |
Elmi adları | coğrafiya elmlər doktoru, |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Tanınmış yetirməsi | Mətanət Musayeva |
1952-ci il yanvarın 23 –də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1956 –cı ildə Kosalı kənd orta məktəbinin birinci sinifinə getmiş və 1968 –ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1970 –ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakultəsinə daxil olmuş, 1975 –ci ildə həmin fakultəni coğraf-hidroloq ixtisası üzrə ilk məzun kimi fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə dövründə elmə marağı böyük olmuş ictimai işlərdə xüsusi fəallıq göstərmişdir. Ilk elmi məqaləsi tələbə dövründə çıxmışdır. Moskva, Sank –Peterburq, Kiyev, Tbilisi, Düşənbə, Helsinki, Cenevrə, Paris, Varna Tehran, İstanbul, Bakı və s. şəhərlərdə hidrometeorologiyanın müxtəlif sahələri üzrə keçirilən Beynəlxalq konfrans, qurultay və konqreslərdə iştirak etmişdir.[1]
1983 –cü ildə «Lənkəran ərazi çaylarının yağış –daşqın axım itkilərinin tədqiqi» mövzusunda namizədlik, 1997-ci ildə «Azərbaycanın dağ çaylarında axımın formalaşmasının təhlili və proqnozu» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-ci ildə dosent, 2004-cü il yanvarın 23 –də professor elmi adlarını almışdır.Hidrometeorologiyanın müxtəlif sahələrinə dair 154 elmi məqalənin (bunlardan 34–ü beynəlxalq elmi jurnallarda, konfrans materiallarında, 3 məqalə isə Springer nəşriyyatı tərəfindən nəşri qəbul olunan jurnalda dərc edilmişdir) 6 monoqrafiyanın, 2 dərsliyin, 5 metodik vəsaitin, 6 elmi bukletin, 1 patentin (Neftlə çirklənmiş torpaqların təmizlənmə üsulu), 1 xəritənin, 4 publisistik elmi əsərin müəllifidir.