Rza Quliyev

Rza İsa oğlu Quliyev (20 aprel 1914, Ağdam, Şuşa qəzası4 iyun 1977, Bakı) — İctimai xadim, görkəmli jurnalist və publisist.

Rza Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 1914(1914-04-20)
Doğum yeri
Vəfat tarixi 4 iyun 1977(1977-06-04) (63 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti jurnalist

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Rza Quliyev 1914-cü il aprel ayının 20-də Ağdam rayonunda anadan olmuşdur. İbtidai təhsilini Ağdamda almış R.İ.Quliyev biliyə böyük həvəs göstərərək, təhsilini Qazax Müəllimlər Seminariyasında davam etdirmiş, daha sonra isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filoloji fakültəsinin jurnalistika şöbəsini bitirmişdir.

Azərbaycan SSR Ali Sovetinə (3, 6 və 7-ci çağırışlar) deputat seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının Sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan Kommunist Partiyasının və Bakı Şəhər Komitəsinin Təftiş Komissiyasının üzvü seçilmişdir. O, həm də Sovet Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr İttifaqı Şurasının, Sovet Sülhü Müdafiə Komitəsinin və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

R.İ.Quliyev 1977-ci il iyun ayının 4-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub.

Çoxsaylı broşura və məqalələri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında saxlanılır. Bakı şəhərində adına küçə var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1931–1932 (Ağdam ş.)
Azərbaycan SSR Xalq Maarifi Komissarlığı Ağdam rayonu 3 №-li məktəbin müdiri.
  • 1932–1934
"Lenin Yolu" ("Путь Ленина") rayon qəzetinin məsul redaktorunun müavini.
  • 1935–1938 (Bakı ş.)
"Gənc işçi" ("Молодой рабочий") qəzetinin mədəniyyət şöbəsinin müdiri.
  • 1937–1939 (Bakı ş.)
"Kommunist Maarifi" ("Коммунистическое просвещение") qəzetinin məsul katibi.
  • 1939–1940 (Bakı ş.)
"Kommunist" qəzetinin məsul katibi.
  • 1940–1941 (Bakı ş.)
"Kommunist" qəzeti redaktorunun müavini.
  • 1941–1944 (Bakı ş.)
"Kommunist" qəzetinin məsul redaktoru.
  • 1944–1946 (İran, Təbriz ş.)
"Vətən Yolunda" ordu qəzetinin redaktoru.
  • 1946–1948 (Bakı ş.)
Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan Teleqraf Agentliyinin məsul rəhbəri.
  • 1948–1949 (Bakı ş.)
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri.
  • 1949–1953 (Bakı ş.)
"Kommunist" qəzetinin (Azərbaycan dilində) məsul redaktoru. Eyni zamanda həmin illərdə Azərbaycan KP MK-nin nəznində olan "Təşviqatçının dəftərçəsi" jurnalının redaktoru, bir neçə il "Ədəbiyyat" qəzetinin Azərbaycan SSR üzrə xüsusi müxbiri olmuşdur.
  • 1948–1975 (Bakı ş.)
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət Heyətinin sədri.
  • "Proletar beynəlmilləlçiliyi bayrağı altında", 1957
  • "Azərbaycan və Alban xalqlarının dostluğu əbədi və sarsılmazdır", 1958
  • "Dostluq telləri", 1958
  • "Qəzet işinin bəzi məsələləri", 1959
  • "Azərbaycan sovet şeirində sülh mövzusu", 1961
  • "Bizim dostluq əlaqələrimiz", 1961
  • "Bolqarıstan təsərrüfatı", 1962
  • "Salam, böyük qardaş", 1964
  • "Sülh və dostluq naminə", 1966
  • "Dostluq, mahnı, məhəbbət", 1967
  • "Şanlı səhifələr", 1969
  • "Xarici ölkə dostlarının gözü ilə", 1971
  • "Azərbaycan elçiləri", 1972
  • "Azərbaycan Vurğununun gözü ilə", 1974

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]