Balaca Kərimin (Pərviz Hüseynov) anası (Xalidə Quliyeva) doğuş zamanı vəfat etmişdir. Kərimə həyat verən anasının fotoşəkli onun üçün səcdəgaha çevrilir. Oğlan evdə anasının adı ilə bağlı hər şeyi əzizləyir. Ona görə də böyük qardaşı Səlimin (Fuad Dadaşov) anasından qalma boyunbağını sevgilisinə (Rəna Tanrıverdiyeva) bağışlamasını, atasının (Əlican Əzizov) gənc müəllimə (Larisa Xələfova) ilə yaxınlıq etməsini heç cür qəbul edə bilmir. Anasına məxsus köhnə şkafın atası tərəfindən yandırılması Kərimi bərk sarsıdır.
Süd dişinin ağrısı | |
---|---|
| |
Janr |
dram məhəbbət uşaq |
Rejissor | Hüseyn Mehdiyev |
Əsərin müəllifi | Ramiz Rövşən |
Ssenari müəllifi | Ramiz Rövşən |
Baş rollarda |
Pərviz Hüseynov Fuad Dadaşov Əlican Əzizov Larisa Xələfova Rəna Tanrıverdiyeva Ədalət Əbubəkirov |
Operator | Amin Novruzov |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Arif Əbdürrəhmanov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 19 yanvar 1988 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 80 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1987 |
Texniki məlumatlar |
9 hissə 2327 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID0286517 |
Filmdə ana həsrəti ilə qovrulan, valideyn qayğısından ayrı düşmüş iki qardaşın — 7 yaşlı Kərimlə 15 yaşlı Səlimin taleyi fonunda uşaqlarla böyüklərin qarşılıqlı əlaqəsindən bəhs edilir.
Filmdə kütləvi səhnələrdə Xaçmaz rayonundakı 6 saylı orta məktəbin şagirdləri iştirak etmişlər.