Süleysünlər

Süleysinlər (lat. Gliridae və ya lat. Myoxidae) — gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsidir. Əsasən Avropada yayılmışlar, lakin bəzi növlərinə Afrika və Asiyada da təsadüf olunur. Digər məməlilərdən qış yuxusunun uzunmüddətli olması ilə fərqlənirlər.

Süleysünlər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Orta və xırdaboylu gəmiricilərdir. Quyruqları bədəndən uzun olub, azca basıqdır. Yer formalarında quyruq seyrək tüklərlə örtülmüş, ağac formalarında isə yumşaq tüklüdür. Ön ətrafları dörd, arxa ətrafları beşbarmaqlıdır. Barmaqları uzun və çox hərəkətlidir. Xüsusən xarici barmaqları güclü şəkildə kənarlara əyilə bilir. Barmaqlarının ucunda kiçik, lakin sivri caynaq vardır. Azı dişlərinin kökü yaxşı inkişaf etmişdir, tacı isə alçaqdır. Bu dişlərin çeynəmə səthinin qırışıqları köndələndir. Əksər hallarda ağaclarda yaşayır. Bu fəsilənin nümayəndələrinin başqa fəsilənin nümayəndələrindən başlıca fərqi onlarda kor bağırsağın olmamasıdır. Azı dişlərinin formulu P 1/1, M 1/3-dür.

Növlərinin çoxu Avropanın və Asiyanın meşələrində, düzənliklərin meşə-çöl zonasında, həmçinin Yaponiyada və Afrikada yayılmışdır. Fəsiləyə daxil olan 9 cins 29 növdən, Qafqazda və Azərbaycanda iki cinsə aid iki növ yayılmışdır.

  • Azərbaycan heyvanlar aləmi. Onurğalılar. III cild. Bakı, Elm nəşriyyatı, 2004
  • Baudoin, Claude (1984). Macdonald, D., ed. The Encyclopedia of Mammals. New York: Facts on File. pp. 678–680. ISBN 0-87196-871-1.
  • Holden, M. E. "Family Gliridae". pp. 819–841 in Mammal Species of the World a Taxonomic and Geographic Reference. D. E. Wilson and D. M. Reeder, eds. Johns Hopkins University Press, Baltimore, 2005.