Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir.[3] YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək,[4] yaxınlıqlardakı kəndləri məhv etmək[5] və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir.[6] Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır.[7]
Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir.[9] Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.[10]
İnsan Hüquqları üzrə Suriya Müşahidə Məntəqəsinə görə, döyüşlər zamanı 70 İŞİD və 20 YPG döyüşçüsü həlak olmuşdur.[11]
YPG mətbuat katiblərindən biri olan Redur Xəlil Türkiyəni terrorçuları dəstəkləmək ilə ittiham etmişdir, ancaq Türkiyə bu iddiaları yalanlamışdır.[9]
Suriya rejiminin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini ərəblər təşkil edir.[4] Türkiyənin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini Suriya türkmanları təşkil edir.[2]