Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar (18 aprel (1 may) 1910, Şuşa, Qafqaz canişinliyi, Rusiya imperiyası – 27 iyul 1992, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR (1954) və Ermənistan SSR xalq artisti.[1]
Sürəyya Qacar | |
---|---|
Sürəyya xanım Sədrəddin Mirzə qızı Qovanlı-Qacar | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 aprel (1 may) 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyul 1992 (82 yaşında) |
Vəfat yeri | |
Atası | Sədrəddin Mirzə Qacar |
Anası | Günəş xanım Tağızadə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Səs tembri | messo-soprano |
Mükafatları |
|
Sürəyya Qacar 1 may 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur.[2] 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi.[3] Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 27 iyul 1992-ci ildə vəfat edib.[4]
Sürəyya xanım Qacar Azərbaycan SSR (1954 oktyabr) və Ermənistan SSRxalq artisti fəxri adını almış, iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi.
Atası Sədrəddin Mirzə Qacar məşhur Bəhmənilər ailəsinə mənsub olmuşdur. Bəhməni ailəsi Qacarlar sülaləsinin bir tirəsi olmuş və ailənin əsasını qoyan Bəhmən Mirzə Qacar bir müddət İran Azərbaycanının valisi kimi çalışmışdır.[5] Aprel işğalından sonra (1920) Sədrəddin Mirzə bolşeviklər tərəfindən həbs edilərək Arxangelskə sürgün olunmuş, bir ildən sonra isə Ryazan şəhərində güllələnmişdir.[6]