Süyüm bikə

Söyümbikə (tatar. Söyembikä, "Söyem" — Sevim, "Bikä" — xanım, tərcüməsi — Sevimli xanım) (1516–1557) — Qazan xanlığının hakimi.

Söyümbikə
Сөембикә
1546 – 1557
ƏvvəlkiSəfa
SonrakıYadigar Məhəmməd
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Yusif
Həyat yoldaşı Səfa Giray xan
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kazan xanlığında Noğay xanı Yusif mirzənin gözəl qızı Söyümbikə 1516-cı ildə anadan olmuşdu. Gənc yaşda mirzələr tərəfindən evləndirilmişdi. İlk həyat yoldaşı Can Əli xan rus tərəfdarı imiş. Kazanlılar onu heç sevməzmiş və üsyan edib onu öldürüblərmiş. Sonra gənc yaşda dul qalan gözəl qadın Söyümbikə xan ilə Krım xanı Səfa Giray xan evlənirlər. Səfa Giray xanın oğlu Krım xanlığının varisi Bole xandan sonra Söyümbikə xandan da ikinci oğlu Ödəmiş xan dünyaya gəlir. Səfa Giray xan neçə dəfə Kazana göz dikən rusları döyüşdə darmadağın etmişdi. Ölümündən sonra vəsiyyətinə görə taxtı oğlu Ödəmiş xana qalmışdır.

Oğlunun qəyyumu Söyümbikə xan qəhrəmancasına, tək başına ölkəsini rus çarı İvana qarşı müdafiə etmiş, 1550-ci ilin 13 fevralında qəhrəmancasına döyüşmüşdür. Bir il sonra yenidən Rusiyalı İvan onun ölkəsinə hücum etmiş və Söyümbikə xanın ordusu bu döyüşə hazırlıqsız olduğu üçün Osmanlılardan kömək istəmişdi. Bunun üçün Bikə xan elçi göndərmiş, ruslar isə yoldaca krımlı tatar elçilərini öldürmüşlər. Krımlılar da geri, ölkələrinə çəkilincə qazan tatarları tək qalmışdır. Son çarəni sülhdə görən Söyümbikə, İvanla sülh müqaviləsi bağlamağa qərar verir. Rus komandiri İvan isə sülh üçün şərt irəli sürür. Komandir İvanın şərti Söyümbikə xan oğlu Ödəmiş xan və digərlərini Moskvaya əsir götürməkmiş. Söyümbikə ölkəsinin viranə olmaması üçün özünü fəda etmişdir. Ölkəsindən ayrılmazdan əvvəl son olaraq ölən həyat yoldaşı Səfa Giray xanın məzarına getmiş. Başından qızıl tacını çıxarıb yerə qoymuş, Kazanda keçən o gözəl günlərini xatırlamışdı. Gözləri yaşlı, ağlayaraq, ürəyi sızlayaraq İdil (Volqa) çayında gözləyən rus gəmisinə doğru getmişdi. Kazan xalqı qəm içində onu təqib edirmiş. Söyümbikə bu sözlərlə Kazana vida etmişdir:

Közım saldım halkka, köbı yılap uzata,
Kaysıları "Meskuv hanı rahimlı" dep yuvanta
Şaar tamam gürldey, yılay-sıktay davısı,
Mağa tüsken kaygılar mırzalardıng tavısı
Oylap aldım, Kıyamet bolganma ale buğın dep,
Tağı oylandım: yılayşılar mendey kımık tuvıl dep.
Barıp yetkende deryağa, kırıttıler küymeğe.
Azız tıllerım baylandı, bılmeymen ne söz demeğe.
Kaysı aytadı:alveda, kaysı aytadı alfirak
Halk haldı yığılıp, küşsız bolıp firak ta
Küşlı ademler yuvıkta, Kalganları yırakta
Volga ga şıkkanda, karadım men kalaga,
Kaldı yılap kazanım, usap öksız balaga.
Dedım: Mıskın Kazanım, tüstü tacıng basınnan,
Kaldıng buğın davletsız, yasma ağar yasıngnan
Kayda kaldı şatlığın, kayda senıng baylığın?
Körer közğe belğılı, azır kul, yarlılığın.
Bosap kaldı sarayıng, nurım kettı yüzımnen
Süyımbike atım, Noğay zatım, kayda menım yas devletım,
Han sarayda tuvgan edık, buğın kaldık yesır, yetım

(Noğay- Tatar Türk ləhcəsi)

Göz gezdirdim halka, çoğu ağlayarak uğurluyor,
Bazıları "Moskova Hanı merhametlidir" diye avutuyor
Şehir tamamen gurulduyor, ağlama-hıçkırma sesi,
Bana düşen üzüntü mirzaların davası
Düşündüm, kıyamet mi olmuş hele bu gün diye,
Daha düşündüm: ağlayışlar benim gibi gizli değil diye.
Varıp ulaştığında denize, soktular kafese.
Aziz dillerim bağlandı, bilmiyorum ne söz demeye.
Bazısı diyor: elveda, birisi diyor güle güle
Halk kaldı yığılıp, güçsüz olup ayrılık ta
Güçlü insanlar yakında, gerisi uzakta
Volga’ya çıkınca, baktım, ben kaleye
Kaldı ağlayarak Kazan’ım, benzeyerek öksüz bebeğe.
Dedim: Miskin Kazan’ım, düştü tacın başından,
Kaldın bu gün devletsiz, genç mi genç yaşın ile
Nerde kaldı şaatlığın, nerde senin hükümranlığın?
Görür göze belirgin, hazır millet, dostluğun.
Boşalıp kaldı sarayın, nurum gitti yüzümden.
Suyumbike adım, Noğay aslım, nerde benim genç devletim,
Han sarayda doğmuş idik, bu gün kaldık esir, yetim.

"Kazan … Ey, qanlı, şəhər, başından tacın düşdü, indi qul oldun, sənin böyüklüyün keçmişdə qaldı. Hər ölkə yaxşı bir padşah ilə idarə edilir və əsgər ilə saxlansa o məmləkəti səndən kim ala bilər? Sənin güclü xanın öldü. Bəylərin gücdən düşdü. Sənə kömək edə bilmədi. Hanı sənin sevincli günlərin? Hanı sənin oğlanların, bəylərin, mirzələrin, sənə bağlı olanlar, böyüklər? Hanı sənin yaxşı xanımların, gözəl qızların? Onların mahnıları harda? Hamısı yox oldu. Yalnız onların ağlaması və yalqızlığı qaldı. Səndə bal ağaclar, soyuq bulaqlar vardı. Onun yerinə indi qanlar və göz yaşları axır… "

11 avqust 1551-ci ildə Kazandan ayrılan karvan, 5 sentyabrda Moskvaya çatır. İvan onu böyük bir hörmətlə qarşılayır. Ruslar fürsəti əldən verməyib Kazanı tuturlar. O igid, Kazan-tatar xanı Noğay Tatarı Söyümbikə xan ölkəsi üçün gözünü qırpmadan əsir düşməyə razı olaraq tarixə adını dastan olaraq yazdırdı…

Onun harada və hansı il öldüyü dəqiq olaraq bilinmir. 1557-ci ildən sonra vəfat etdiyi təxmin edilir.