Səadət Cahangir

Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin köşə yazarı, şairə.

Səadət Cahangir
Vəzifədədir
2 sentyabr 2023-cü ildən
SədrƏli Kərimli
Şəxsi məlumatlar
Doğum tarixi 8 yanvar 1968(1968-01-08) (56 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Partiya
Təhsili
Fəaliyyəti şairə, publisist

Səadət Cahangir 8 yanvar 1968-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə və Hal kənd orta məktəblərində alıb. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1990-cı ildə BDU-nu bitirərək doğulduğu kəndə qayıdıb. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Bakıya köçüb.

1996-cı ildən etibarən "Azadlıq" qəzetində çalışır[1]. 2001–2007-ci illər arasında BP neft şirkətində informasiya və redaktə işləri üzrə məsul işçi vəzifəsində çalışıb. 2007–2010-cu illərdə "Universe" tərcümə şirkətində redaktor kimi fəaliyyətini davam etdirib.

Səadət Cahangirin atası Qabil Cahangirli, anası isə Ulduz xanımdır. Ulduz xanım Cavanşirlər nəslindəndir. Şair Məhəmməd bəy AşiqƏbdüssəməd bəy Aşiq Ulduz xanımın ulu babalarıdır. Ulduz xanımın Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan, Qasım bəy Zakir ilə də yaxın qohumluq əlaqələri var.

Səadət Cahangir 1991-ci ildə ailə qurub, bir oğlu var.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tələbəlik illərində universitetdə yaradılan "Yurd" birliyinin (1987) üzvlərindən, sonralar tələbə hərəkatının fəallarından olub. Azərbaycanda başlanan azadlıq hərəkatında yaxından iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən təşkilata üzv olub. Hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvüdür.

1990-cı illərdə Qubadlı rayonunda nəşr olunan "Bərgüşad" qəzetində çalışıb.

Bakıya köçdükdən sonra bir müddət "Demokratiyanın İnkişafı" Fondunda, sonra isə "Azadlıq" qəzetində işləyib. 2011-ci ildə yenidən köşə yazarı olaraq "Azadlıq" qəzetinə qayıdıb. Hazırda qəzetin köşə yazarıdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Səadət Cahangir ilk şeirlərini məktəb illərindən yazmağa başlayıb. Orta məktəb illərində rayon qəzetində şeirləri və məqalələri çıxıb. İlk şeir kitabı "Bu sevdamı, nağılmı?" 2004-cü ildə, ikinci şeir kitabı "Qırov" 2013-cü ildə, üçüncü şeir kitabı "İçimdə bulud səsi" isə 2021-ci ildə çıxıb. Şeirləri Türkiyə və Fransada nəşr olunub. O, şeir kitablarından başqa, 3 tərcümə kitabının müəllifidir. Sözlərinə çox sayda mahnılar bəstələnib. Müğənni Flora Kərimovanın ifasında səslənən "Daha o yerlərdə kimim var mənim" mahnısının, müğənni və bəstəkar Rəşidə Rəşidin bəstələdiyi "Ağlama" mahnısının, bəstəkar, müğənni Hatəm Nəbioğlunun "Kapitan", "Ölkəm qədər qırğınam", "Uzaqlardan əsən yel" mahnılarının sözlərinin müəllifidir.

  • Həsən bəy Zərdabi mükafatı, 2015-ci il[2]
  • "Free Person" təşkilatı tərəfindən "İlin ən yaxşı mədəniyyət və incəsənət" yazarı, 2002-ci il
  1. "Arxivlənmiş surət". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.
  2. "Arxivlənmiş surət". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.