Səfəvilər dövründə inzibati-ərazi vahidləri

Səfəvilər dövlətinin inzibati ərazi vahidləriSəfəvilər dövlətinin inzibati ərazi bölgüsü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər. Nahiyələr kəndobalara bölünürdülər.Bu inzibati ərazilərə yerinə görə kədxuda, kovxa, yüzbaşı rəhbərlik edirdi. Əyalətlərdə olan ellərə yerinə görə elxanlar, elbəyilər, minbaşılar başçılıq edirdilər. Oymaqları Kələntər adlanan oymaqbəyiləri idarə edirdilər. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi. Azərbaycanı (Cənubi Azərbaycanı) Türkmanlar, Qarabağı Qacarlar, Şirvanı Ustaclılar, Çuxursəədi isə UstaclılarQacarlar idarə edirdilər. Bəylərbəyi əyalətin hakimi, silahlı qüvvələrin baş komandanı olduğuna görə xüsusi qızıl kəmər, zərli çalma, xalat, tuğ və təbil daşıyırdı.

Səfəvilər dövlətinin bayrağı
və gerbi

Bəylərbəyliklər

[redaktə | mənbəni redaktə et]
  1. Ərəbistan
  2. Ərməniyyə
  3. Astarabad
  4. Təbriz
  5. Dağıstan
  6. Diyarbəkir
  7. İrəvan (Çuxursəəd)
  8. Fars
  9. Gürcüstan
  10. Gilan
  11. Həmədan
  12. Mazandaran
  13. İraq
  14. İsfahan
  15. Qarabağ
  16. Kirman
  17. Xorasan
  18. Kuhgiluyə
  19. Kürdüstan
  20. Luristan
  21. Makran
  22. Mərv
  23. Qəndəhar
  24. Şirvan
  25. Sistan
  • Oqtay Əfəndiyev "Azərbycan Səfəvilər dövləti" Bakı, "Şərq-Qərb", 2007, 344 səh. İSBN 978-9952-34-101-0
  • Ənvər Çingizoğlu, Mahal Qacar, "Qradağ xanlığı" (Monoqrafiya)-Bakı: "Mütərcim", 2011. - 212 səh.
  • Ənvər Çingizoğlu, Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007, 224 səh.

Səfəvilər dövləti

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]