Səhlab Bağırov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Təlim-Tədris Mərkəzinin Rəisi. Polis general-mayoru (Xüsusi General).
Səhlab Bağırov | |
---|---|
Vəzifədədir | |
30 yanvar 2023-cü ildən | |
Nazir | Vilayət Eyvazov |
Əvvəlki | Vəzifə təsis edildi. |
15 yanvar 2019 – 30 yanvar 2023 | |
Nazir | Vilayət Eyvazov |
Əvvəlki | Zaur Abdullayev |
Sonrakı | Ramil Piriyev |
5 may 2011 – 15 yanvar 2019 | |
Rəis | Rafiq Abbasov (2007-2014) Mirqafar Seyidov (2014-2020) |
Əvvəlki | Yaşar Əliyev |
Sonrakı | Zaur Abdullayev |
avqust 2006 – 5 may 2011 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Zaur Abdullayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası |
Hərbi xidmət | |
Xidmət illəri | 1994 — Hal-hazırda |
Rütbəsi |
Polis general-mayoru |
|
|
Təltifləri |
Bağırov Səhlab Əloş oğlu 1963-cü ildə Naxçıvan şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir.
Ailəlidir 6 övladı var
1994-cü ildən daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandiri, 2011–2019-cu illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, 2019–2023-cü illərdə DİN Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsində çalışmışdır.
2023-cü ildən Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Təlim-Tədris mərkəzinin rəisidir.[1]
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli Sərəncamı ilə Səhlab Bağırova "Polis general-mayoru" ali xüsusi rütbəsi verilmişdir.[2][3][4]