Səhnə işıqları (film, 1952)

Səhnə işıqları (ing: Limelight) — 1952-ci ildə Çarli Çaplinin prodüseri, rejissoru olduğu və baş rolda oynadığı filmdir. Filmin musiqisi də Çaplin tərəfindən bəstələnmiş və filmdə baş rolu Çaplin Claire Bloom ilə bölüşmüşdür. Filmdə Baster Keaton da rol almışdır. Filmdə Claire Bloomun rəqs səhnələrini onun əvəzinə Melissa Hayden canlandırmışdır.

Səhnə işıqları
ing. Limelight
Janr komediya-dram, dram filmi, musiqili film
Rejissor
Prodüser
Ssenari müəllifi
Baş rollarda
Bəstəkar
Distribütor Netflix
İlk baxış tarixi 16 oktyabr 1952[1][2], 23 oktyabr 1952[2], 14 noyabr 1952[2], 24 sentyabr 1954[2]
Müddət 137 dəq.
Büdcə 900.000 $
Gəlir 1.000.000 $, 8.000.000 $
Ölkə
Dil ingilis dili
Rəng ağ-qara[d]
IMDb ID0044837
Mükafatları Academy Award for Best Original Dramatic Score
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Calvero zamanla unudulmuş və nüfuzdan düşmüş keçmiş görkəmli komediyaçıdır. Bir gün sərxoş halda motelə qayıdanda aşağıda yaşayan gənc qızı intihar etməkdən xilas edir. Evində bir müddətlik də olsa könülsüz formada bu qızı saxlamaq məcburiyyətində qalır, lakin Tereza/Terri adlı bu gənc qız onun yaşaması üçün yeni bir ümidə çevrilir. Balerina olan Tereza, isterik krizinə görə bir müddət yatağa məhkum olsa da, Calveronun köməyi ilə günü-gündən yaxşılaşır.

Terrinin həyatına gətirdiyi təravətlə canlanan Kalvero yenidən teatrda iş axtarmağa başlayır; lakin bu onun düşündüyü qədər də asan deyildir. Dəyişən zamanla Kalveronun komediya hissi köhnəlir və onu yeni bir şeylə əvəz edə bilmir, ona görə də tapdığı bir neçə işdə də müvəffəqiyyət qazana bilmir. Əslində yuxularında həmişə yeni fikirlər tapır, lakin oyananda isə onları xatırlaya bilmir.

Terriyə verdiyi cəsarət sayəsində gənc qız yenidən səhnəyə qayıdır və o, istedadlı olduğu üçün qısa bir müddət ərzində yenidən iş tapır; hətta zamanla məşhurlaşır. Kalvero da onunla eyni tamaşada iştirak edir. Lakin Terrinin əvvəllər sevdiyi gənc musiqiçi ilə yenidən görüşməsi ​​və Kalveronun klounluq etdiyi bu tamaşada təsadüfən o qədər də müvəffəqiyyətli olmadığını öyrənməsi ilə Kalvero Terrini tərk edir və yoxa çıxır. Məqsədi ona aşiq olan Terrinin həyatını çətinləşdirməməkdir. Onun öz yaşındakı bir musiqiçi ilə birlikdə olmasını və karyerasını davam etdirməsini istəyir. Özü isə küçə musiqisi ilə küçələrdə yaşayır. Lakin onu həqiqətən sevən və onunla evlənmək istəyən Terri onu yeniden tapır və Kalveronun teatrda keçmişdəki şöhrətli günlərini xatırladacaq son bir tamaşa göstərməyə inandırır.

Kalvero son dəfə səhnədə özünü göstərməkdə qərarlıdır. O, köhnə dostlarından biri (Baster Keaton) ilə səhnədə nümayiş etdirdiyi qısa şousu ilə böyük alqışlar qazanır və illərdir üzünə gülməyən bəxti yenidən onun üzünə gülür . Lakin onun ürəyi bu qədər təzyiqə tab gətirmir və tamaşanın sonunda infarkt keçirir. Bunu tamaşaçılara bildirmir, lakin onun halı getdikcə pisləşir. Onun ardınca səhnəyə çıxan Terrini seyr edərkən ölür.

  1. Freebase Data Dumps. Google.
  2. 1 2 3 4 IMDb (ing.). 1990.