Səhra timsahı və ya Qərbi Afrika timsahı (lat. Crocodylus suchus) — əsl timsahlar sinfinin dümayəndəsi. Bu növü çox vaxt nil timsahı ilə səhv salırlar.
Səhra timsahı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Səhra timsahı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
1807-ci ildə qədim misirlilər tərəfindən mumiyalanan timsahların kəllə sümükləri arasında fərqlər aşkar edirlir. Etienne Qeoffroy Saint-Hilaire yeni növə bir ad verir. Bununla belə Qərbi Afrika timsahı hələ də Nil timsahının sinonimi sayılırdı. 2011-ci ildə aparılan yeni bir mumiya nümunələri onun Nil timsahına deyil, Qərbi Afrika timsahına aid olduğunu göstərdi. Bu kəşf Crocodylus suchus taksonunun dirilməsi ilə nəticələnir[2].
Qərbi Afrika timsahları Mavritaniya, Benin, Nigeriya, Niger, Kamerun, Çad, CAR, Ekvatorial Qvineya, Seneqal, Mali, Qvineya, Qambiya, Burkina Faso, Qana, Qabon, Toqo, Kot-d'İvuar, Konqo və Konqo Respublikası və Uqandada (Nil timsahlarının eyni zamanda mövcud olduğu yerlərdir) yayılmışdır. Bir səhra timsahı Florida zooparkında saxlanılır. Kopenhagen və Dublində isə bir cütü yaşayır[3].
Gənc Qərbi Afrika timsahları əsasən balıq və onurğasızlarla qidalanır. Böyüdükcə daha böyük heyvanlar qidalarına daxil edilir. Nil timsahına ölçülərinə görə uduzurlar, lakin (5 metrə qədər) kifayət qədər böyük yırtıcılar sayılırlar. Yetkin səhra timsahı dırnaqlılar, Afrika lamantini və böyük pişiklər də daxil olmaqla böyük yırtıcı heyvanlarla qidalana bilirlər. İnsanlara və ev heyvanlarına edilən hücumlar da qeydə alınmışdır.
Qərbi Afrika timsahları Mavritaniyanın səhra iqliminə uyğunlaşmışdır. Quraq mövsümdə mağaralarda və sığınacaqlarda yaşayırlar. Yağışlar zamanı sürünənlər su hövzələrinə (geltalara) toplanır[4].
Qədim misirlilər timsah başı olan Sobek tanrısına ibadət edirdilər[5]. O fironun məhsuldarlığı, qorunması və gücü ilə əlaqələndirilirdi. Sobek hökmdarın qoruyucusu, hamisi və güc mənbəyi olaraq görülürdü. Qərbi Afrika timsahları misirlilər arasında Nil timsahından daha ağıllı və sakit olması səbəbindən böyük nüfuza sahib idi. Buna görə də ayin məqsədləri üçün seçilmişdi. Son DNT tədqiqatları məzarlardan tapılan bütün timsah mumiyalarının bu növ olduğunu göstərir.
Sobek timsah, mumiyalanmış timsah və ya timsah başlı bir adam kimi təsvir edilmişdir. Kultunun mərkəzi qədim yunanlar tərəfindən "Krakodilopolis" olaraq bilinən Fayum vahəsindəki Arsino şəhəri idi. Digər bir böyük Sobek məbədi Kom-Omboda yerləşir. Digərləri isə ölkənin hər yerindədir.
Səhra timsahı tarixən Nil timsahları ilə birlikdə Aşağı Misirdə Nildə yaşamışdır. Herodot qədim Misir kahinlərinin növlər arasındakı fərqi bildiyini və ancaq "Qərbi Afrika timsahlarını" tutduqlarını iddia etmişdir. Bəzi misirlilərin timsahları ev heyvanı kimi saxladıqlarını və Arsinodakı məbəddə tapıldığı, bəsləndiyi və zinət əşyaları ilə örtülü olduğu bir hovuzda yaşadığını yazır. Timsah öldükdə mumiyalanaraq, sarkofaqa qoyulmuş və daha sonra məzarda yerləşdirilmişdir. Misirdə dəfn yerlərində arxeoloqlar bir çox timsah mumiyaları və hətta yumurtaları tapmışlar.
Qədim misirlilər timsahları sakitləşdirmək üçün sehrlərdən istifadə edirdilər. Hətta müasir Nubiya balıqçıları da sehrli bir yanaşma göstərirlər.
Hal-hazırda Qərbi Afrika timsahları ilə yan-yana yaşayan və tez-tez onlarla qarşılaşan Mavritaniya sakinləri onları qoruyurlar. Bu yalnız timsahların suya deyil, suyun özünün də timsahlara ehtiyacı olması fikri ilə əlaqədardır. Buna görə də onlar yox olsalar, su da yox olacaqdır.
1920-ci illərdə də muzeylər Sudandanın Nil sahillərində yaşayan Səhra timsahı nümunələrini almağa davam etdirdilər. Son tədqiqatlar bu növün sayının azaldığını və tarixin müəyyən dövründə arealının çox hissəsində nəsli kəsildiyini göstərir, lakin buna baxmayaraq, Qərbi Afrika timsahları hələ Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (2011) siyahısında C. niloticusdan ayrı bir növ olaraq tanınmamışdır.